20-05-2025, 13:48 392

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "İcra məmurları haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək:

- icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan icra ödənişinin məbləği, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;

- cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsait aşağıdakı məqsədlərə sərf ediləcək:

- ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;

- dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;

- ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin əlavə təhsilinə, ədliyyə orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə;

- ədliyyə orqanlarında qulluq keçən (işləyən) və ya əvvəllər qulluq keçmiş (işləmiş) müharibə veteranı adı almış şəxslərin, habelə ədliyyə orqanlarında qulluq keçmiş (işləmiş) şəhid olmuş şəxslərin

ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə;

- icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilməsi mümkün olmadıqda həmin xərclərin ödənilməsinə;

- ədliyyə orqanlarının elmi-texniki potensialının artırılmasına, elmi tədqiqat işlərinin aparılmasına, ədliyyə sahəsində innovativ həllərin öyrənilməsinə və tətbiqinə.

Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Paylaş

Xəbər lenti

Azərbaycan neftinin əsas alıcıları açıqlanıb - TOP 10 Bu gün, 18:48 Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 18:48 Eşqləri cəmi 1 ay çəkdi - Məşhur aktrisa futbolçu sevgilisindən ayrıldı Bu gün, 18:48 Avropa bazarı üçün keyfiyyət imtahanı: Azərbaycan nəyi dəyişdi? Bu gün, 18:48 AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında "Bilik günü" keçirilib Bu gün, 18:48 Zahid Oruc: "Qarabağ uğrunda mübarizənin məzmunu dəyişir" Bu gün, 18:48 Şəbnəm Həsənova: "Qarabağın Alban-xristian irsi Azərbaycanın tarixi-mədəni irsinin mühüm komponentidir" Bu gün, 18:48 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib Bu gün, 17:48 İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır Bu gün, 17:48 Ədliyyə orqanlarında tibb xidməti işçilərinə xüsusi rütbələrin verilməsi təklif edilir Bu gün, 17:48 Prezident: Azərbaycan gücləndikcə, ona qarşı Qərbdən çirkin media kampaniyası aparılır Bu gün, 17:48 İlham Əliyev: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz Bu gün, 17:48 AMB iki lombard və bir lizinq şirkətinin vəzifəli şəxslərini cərimələyib Bu gün, 17:48 "Azərşəkər"dən kiçik məktəblilərə böyük sevinc Bu gün, 17:48 İlk dəfə açıqladılar: ABŞ kosmosa silah yerləşdirdi Bu gün, 17:48 Xırdalanda qumbara partladı, 19 yaşlı qız həlak oldu Bu gün, 17:48 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi Bu gün, 17:48 Nazilə Səfərlidən ETİRAZ: "Hər uşağın bir sürücüsü var, niyə?" Bu gün, 17:48 8 Noyabr prospektində səki çöküb Bu gün, 17:48 Prezident: Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq Bu gün, 16:48 Prezident: Biz hər zaman çalışmışıq İslam həmrəyliyini əməli-praktiki addımlarla gücləndirək Bu gün, 16:48 Şengen zonasına daxil olan 9 ölkədə bu sistemin tətbiqi təxirə salındı Bu gün, 15:48 Azərbaycan Türkiyəyə COP31-lə bağlı böyük dəstək verir Bu gün, 15:48 Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ Bu gün, 15:48 Nəvai kommunal borcuna görə məhkəməyə verildi Bu gün, 15:48 Azərbaycanın 8 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb Bu gün, 15:48 Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb Bu gün, 15:48 Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu Bu gün, 15:48 İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 14:48 Ceyhun Bayramov və Ararat Mirzoyan Nyu-Yorkda görüşməyi planlaşdırırlar Bu gün, 14:48 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi Bu gün, 14:48 Zakir Həsənov Çinə getdi Bu gün, 14:48 Könül Kərimova birinci sinifə gedən nəvəsini belə təbrik etdi Bu gün, 14:48 Hakimlərin təkbaşına qərarvermə halları dəqiqləşdirilir Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında dünya səviyyəsində bənzəri olmayan münasibətlər var Bu gün, 14:48 Azərbaycan-Türkiyə ticarət dövriyyəsi 3,2 milyard dolları keçib Bu gün, 14:48 Sevdadan mahnısını bəyənməyənlərə cavab: "Sakit olun, mahnıdır, dissertasiya deyil!" Bu gün, 13:48 Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır Bu gün, 13:48 Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib Bu gün, 13:48 54 yaşlı müğənninin dəfnində BÖYÜK İZDİHAM Bu gün, 13:48 FHN Ağdamda yanğın-taktiki təlim keçirib Bu gün, 13:48 Gədəbəydə güllələnmiş meyit tapıldı Bu gün, 13:48 Keçən il ailə quran 339 gəlinin 60-dan çox yaşı olub Bu gün, 13:48 Faiq Ağayev: "Anam yanımda olanda canımı tapşırdım" Bu gün, 13:48 Bu ölkədə 10 avroya dağ havası satılır Bu gün, 12:48 Nepalda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1396 nəfərə çatdı Bu gün, 12:48 Hikmət Hacıyev: "Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır" Bu gün, 12:48 İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR