21-05-2025, 10:48 337

Bu gün Xalq rəssamı Tahir Salahovun vəfatından 4 il ötür

Bu gün Xalq rəssamı, görkəmli ictimai xadim Tahir Salahovun anım günüdür. Onun vəfatından 4 il ötür. 

Tahir Teymur oğlu Salahov 1928-ci il noyabrın 29-da Bakıda doğulub.

Atası 1937-ci il repressiyasının qurbanlarından olduğundan rəssamın uşaqlıq illəri çətin keçib. Bəlkə də uşaqlıqda çəkdiyi çətinlik və iztirablar onun həm istedadlı rəssam, həm də əsl insan kimi formalaşmasında birbaşa rol oynayıb.

O 1951-ci ildə Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1957-ci ildə isə Surikov adına Rəssamlıq İnstitutunu bitirib. Rəssamın əsərləri dünya təsviri incəsənətinin humanist inkişafına böyük təsir göstərib. Çoxlu sayda portretlərin, peyzaj və natürmortların, böyük fiqurlu əsərlərin müəllifi olan bu dahi sənətkarın yaratdığı əsərlərə xətlərin və koloritin lakonik, eyni zamanda, dərin ifadə üslubu xasdır. Bu əsərlər müasir rəssamlığın klassikasına çevrilərək yüksək mənəvi, bədii və ictimai əhəmiyyət daşıyır.

Xalq rəssamı dünya miqyasında aparıcı portret ustasıdır. Onun yaradıcılığında insanı bəşəriyyətin ən ali varlığı kimi əsas planda görürük. Rəssam ailəsini və dostlarını böyük məhəbbətlə təsvir edir. "Aydan", "Alagöz şərq nağılı", anası Sona xanımın və həyat yoldaşı Varvara Aleksandrovnanın silsilə portretləri, "Danın portreti", "Rəşid Behbudovun portreti" - sadalanan bu əsərlər mehribanlığı və isti münasibəti təcəssüm etdirir.

Rəssamın yaradıcılığında görkəmli yeri həm də Azərbaycan neftçilərinə həsr etdiyi təsvirlər tutur. T.Salahov öz xatirələrində qeyd edir ki, "Mən bir neçə ay Neft Daşlarında neftçilərlə eyni yataqxanada qalmışam. Məhz əməksevən obrazlarımı da elə orada tapmışam". T.Salahovun neftçilərə həsr etdiyi ən möhtəşəm əsərlərindən biri diplom işi olan "Növbədən qayıdanlar" tablosudur. Sənətkarın bu tablosu təsviri sənətdə "Sərt üslub" deyilən yeni istiqamətin ilk nümunələrindən biridir. Həmin əsərin yaranma tarixi çox maraqlıdır.

T.Salahovun əsərləri dünyanın bir çox muzey və qalereyalarının salonlarını bəzəməkdədir. Xüsusən də Tretyakov qalereyasında rəssamın bir çox əsərləri nümayiş olunur. Onlardan "Vyana stulu ilə natürmort", "Nar gülləri ilə natürmort", "Aydan", "Bəstəkar D.Şostakoviçin portreti" və s. adları çəkmək olar.

Ötən əsrin 50–60-cı illəri sənətkarın yaradıcılığı üçün çox məhsuldar və uğurlu mərhələ olur. "Sənə, Bəşəriyyət" tablosundan sonra da rəssamın uğurlarının ardı-arası kəsilmir. O, 1962-ci ildə hazırda Tretyakov qalereyasında saxlanılan "Bəstəkar Q.Qarayevin portreti"nə görə gümüş medal mükafatına layiq görülür.

T.Salahov dünya ölkələrini səyahət edərkən öz təəssüratlarını monumental tablolarda əks etdirirdi. Sənətkarın fırçasında ABŞ, İtaliya, Yaponiya, Meksika, Fransa, İspaniya və başqa ölkələrin mədəniyyəti sanki yeni həyat qazanıb.

Böyük sənətkarın yaradıcılığında portret ən çox müraciət etdiyi janrdır. "Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox", – deyə etirafı ilə ürəklərə yol tapan T.Salahovun portretləri çox maraqlıdır. Fikrət Əmirov, Mirzə Ələkbər Sabir və Rəsul Rzanın rəssam tərəfindən çəkilmiş portretləri də çox baxımlıdır. Rəssam "F.Əmirovun portreti" əsərində musiqiçi tamaşaçıya üz tutmuş, öz aləminə qapılmış vəziyyətdə canlandırılıb. "Şair Sabirin portreti"ndə insan şəxsiyyəti daha aydın görünür, "Rəsul Rzanın portreti"ndə isə daxili gərginlik vurğulanır.

Çoxşaxəli yaradıcılıq yoluna malik T.Salahovun teatr fəaliyyəti onun sənətini sevənlərə yaxşı məlumdur. Şekspirin "Antoni və Kleopatra", "Hamlet", C.Cabbarlının "Aydın" dramına, A.Əlizadənin "Babək" baletinə, C.Əlibəyovun "Gülüstanda ölüm", Ü.Hacıbəylinin "Koroğlu", F.Əmirovun "Min bir gecə" baletinin səhnə tərtibatının dekorasiyalarının müəllifi məhz T.Salahovdur.

O, təkcə yaradıcılığı ilə deyil, həm də ictimai fəaliyyəti ilə xalqına, mədəniyyətinə xidmət etməkdədir. Onun ictimai fəaliyyəti nəticəsində incəsənət xadimləri və incəsənətə maraq göstərən sadə insanlar müasir dünya rəngkarlığı ilə yaxından tanış olublar. 1980-ci illərin sonlarında Moskva və Sankt-Peterburqda məşhur dünya rəssamları meksikalı Tamayo, italyan Morandi, alman Günter Yukker, ingilis Frensiz Bekon, isveçli Tenqli və amerikalı R.Rauşenberqin sərgilərinin təşkil olunmasında yaxından iştirak edib.

Çox məhsuldar yaradıcılıq yolu keçən sənətkarın son illərə aid əsərlərindən danışarkən Azərbaycan incəsənətinin şedevrləri sayıla bilən Ulu Öndər "Heydər Əliyevin portreti"ni, "Mstislav Rostropoviçin portreti"ni, "Odlar yurdu" triptixini, "Yazıçı Anarın portreti"ni və daha neçə-neçə peyzaj və natürmortlarını qeyd etmək lazımdır. Dünya miqyasında aparıcı portret ustası olan T.Salahov əsərlərində insanı bəşəriyyətin ən ali varlığı kimi canlandırır. Bu xüsusiyyətlər yuxarıda qeyd edilən portretlərə də xasdır.

Sənətinə dövlət qayğısı göstərilən böyük sənətkar saysız-hesabsız mükafatlara sahibdir. Fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb, Sosialist Əməyi Qəhrəmanı adını alıb. Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan "İstiqlal" və "Heydər Əliyev" ordenlərinə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallarına və mükafatlarına layiq görülüb.

Sevindiricidir ki, 2018-ci il 90 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev Azərbaycan təsviri sənətinin inkişafında xüsusi xidmətlərinə görə Tahir Salahovu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib. Eyni zamanda, sənətkarın 90 illiyi münasibətilə silsilə sərgilər açılıb.

Rəssamın əl işləri hazırda yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. 

Xalq rəssamı 2021-ci ilin bu günü yəni, mayın 21-də vəfat edib.

Paylaş

Xəbər lenti

Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb Bu gün, 13:48 Bakı və Bratislava payızda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirəcək Bu gün, 13:48 Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb Bu gün, 13:48 Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var Bu gün, 13:48 "Oturacaqlar köhnəlib, qapılar da nasazdır" - 64 saylı avtobusdan ŞİKAYƏT Bu gün, 13:48 Ucarda 56 yaşlı kişi dialez xəstəsi müalicə zamanı ölüb Bu gün, 13:48 Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək Bu gün, 13:48 İlham Əliyev "John Deere" şirkətinin nümayəndə heyətini qəbul edib Bu gün, 12:49 ASAN İnnovativ İnkişaf Mərkəzi Şuşada jurnalistlər üçün təlim reallaşdırıb Bu gün, 12:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur Bu gün, 12:49 Birbank-la bütün suallara cavab almağın QISA YOLU VAR Bu gün, 12:48 Fələstinin bəzi kənd təsərrüfatı məhsulları Azərbaycana güzəştli şərtlərlə ixrac oluna bilər Bu gün, 12:48 AQTA: Gəncə və Samuxda yas mərasimlərində kütləvi zəhərlənməyə səbəb lavaş olduğu ehtimal edilir Bu gün, 12:48 Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib Bu gün, 12:48 "Arzum 9999" ləqəbli tiktokerin şikayəti üzrə məhkəmə başlayır Bu gün, 12:48 Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb Bu gün, 12:48 Bakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı Bu gün, 11:49 Bilgəhdə 23 yaşlı kişi dənizdə batıb Bu gün, 11:49 "BakıKart" tətbiqindən narazılıq - "Onlayn balans artırmaq mümkün deyil" Bu gün, 11:49 Tramp Azərbaycan Prezidentinin ABŞ ilə münasibətlər barədə qiymətləndirməsinin yer aldığı məqaləni paylaşıb Bu gün, 11:49 İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib Bu gün, 11:49 AQTA Şəmkirdə 11 nəfərin zəhərləndiyi restoranın fəaliyyətini dayandırıb Bu gün, 11:49 Azərbaycanda 37 fələstinli tələbə təhsil alır Bu gün, 11:49 Fələstin Dövlətinin Baş naziri Bakıda Zəfər parkını ziyarət edib Bu gün, 11:49 Fələstinin Baş naziri Fəxri xiyabanı ziyarət edib Bu gün, 11:48 Bakıda və bəzi rayonlarda külək güclənir - FAKTİKİ HAVA Bu gün, 11:48 Xalq rəssamı Tahir Salahovun Ev-Muzeyi Baku Steel Company-nin dəstəyi ilə yenilənəcək Bu gün, 11:48 Şükürbəyli kəndinə 52 nəfərdən ibarət köç karvanı yola salınıb Bu gün, 10:48 Azərbaycan ilə "UN-Habitat" arasında Şərqi Zəngəzurun dayanıqlı inkişafına dair saziş imzalanıb Bu gün, 10:48 İlyas Yalçıntaş, Sıla və bir sıra məşhur SAXLANILDI Bu gün, 10:48 Bakıda istehsalat sexinin fəaliyyəti dayandırılıb Bu gün, 10:48 Şəmkirdə zəhərlənən 11 nəfərin son VƏZİYYƏTİ Bu gün, 10:48 Fariz Əliyev: "Bir Pəncərə" idxal-ixrac prosedurlarını sadələşdirəcək" Bu gün, 10:48 Qubada 5 aylıq hamilə xəstəxanada ölüb Bu gün, 10:48 "Avtobus ya xarab olur, ya da gecikir": 569 nömrəli marşrutdan ŞİKAYƏT Bu gün, 10:48 Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb Bu gün, 09:48 Bakıda məşhur hoteldə YANĞIN - Qonaqlar təxliyə edildi Bu gün, 09:48 Odessada vurulan gəmidəki 10 azərbaycanlı Azərbaycana qayıdır Bu gün, 09:48 "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır Bu gün, 09:48 Bu ərazilərdə işıqlar sönəcək – "Azərişıq"dan əhaliyə XƏBƏRDARLIQ Bu gün, 09:48 DÇ-2026: Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olu Bu gün, 01:48 Azərbaycanın qlobal brendi: "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir? Bu gün, 00:48 ABŞ ordusu İrana qarşı ikinci zərbə dalğasına başlayıb Bu gün, 00:48 İlon Mask Fransanın "son ümidi"ni açıqladı Dünən, 23:49 İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür Dünən, 23:49 Bakıda beş küçədə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq Dünən, 23:49 YAŞAT Fondu şəhid ailələri və qazilər üçün hansı imkanları yaradır? Dünən, 23:49 Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR