21-05-2025, 16:48 560

Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Tahir ailə münaqişəsi zəminində həyat yoldaşı Sonaya (adlar şərti verilib – red.) işgəncə verib. Pravda.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi xəbərə görə, Tahir 3 iyul 2024-cü ildə yaşadıqları evdə arvadı Sona ilə mübahisə edib, əsassız bəhanələrlə onu əxlaqsız adlandırıb. Müxtəlif dərəcəli xəsarətlər yetirməklə qadına əzab verib.

O, iyulun 4-də və 9-da arvadını yenə də əxlaqsız adlandırıb, başqa kişilərlə intim müasibətlərdə olduğunu və guya otelə getdiyini söyləyib, Sonaya müxtəlif dərəcəli xəsarətlər yetirib. Növbəti gündə də hərəkətlərinə davam edib.

"Başqası ilə danışmasından şübhələnirdim, sübut edə bilmirdim"

İstintaq orqanı tərəfindən Tahirin barəsində Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə - işgəncə verməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində ailəsi ilə birlikdə yaşayır: "Mən şirkətdə ekspeditor-sürücü işləyirəm. Sona ilə 2007-ci ildən evliyik. Bu vaxta kimi aramızda söz-söhbət olub, ancaq bu cür konflikt yaşamamışıq. Əvvəllər arvadımı döyməmişəm.

Xeyli müddətdir Sonanın başqa birisi ilə danışmasından şübhələnirdim, amma sübut edə bilmirdim. İyun ayının sonlarında onun telefonuna baxanda "İnstagram" sosial şəbəkəsi vasitəsilə ona Ruslan adlı şəxsdən mesaj gəldiyini gördüm. Bu barədə soruşanda həmin şəxsi tanımadığını, onunla danışmadığını bildirdi. Bu sözlərə inanmadım, öz "İnstagram" hesabımdan yazaraq mobil nömrəmi ona verdim.

Hadisədən təxminən on gün sonra həmin adam Rusiya nömrəsi vasitəsilə mənimlə əlaqə saxladı, Sona ilə danışdığını, yazışmaların olduğunu bildirdi. Hətta yazışmaların fotoşəkilini də göndərdi. Mən çox əsəbləşdim".

"Boynuna aldı, üzr istədi"

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 3-də əsəbi halda evə gəlib, Sonadan anası Sənəmin yanında bu barədə soruşub: "Sona əvvəlcə hər şeyi dandı, sonrad başqa kişiylə danışdığını dedi və üzr istədi.

Mən də əsəbləşdiyimdən özümü saxlaya bilmədim, əlimlə onun üz nahiyəsinə xəsarət yetirdim. Anası Sənəm məni ayırmaq üçün aramıza girdi. Sona mənim telefonumu götürdü və yerə ataraq sındırdı. Bu hadisədən sonra özümü toparlaya bilmədim və gecə evə gəlmədim".

Tahir bildirib ki, növbəti gün evə gəldikdə anası və Sonanın onu gözlədiyini görüb: "Hələ də əsəbiydim, Sonanın qollarını tutub sıxaraq silkələdim. Mənə qarşı niyə belə hərəkət etdiyini soruşdum. Paltarlarını dolabdan çıxararaq yerə atdım və evdən getməsini tələb etdim.

Sonanın gözünün altı yetirdiyim xəsarətdən göyərmişdi. Qardaşı Vüqar onu ürək həkiminə aparmaq üçün gələndə bacısının gözünün altını gördü. Sona hamamda yıxılaraq xəsarət aldığını bildirdi.

Sona həkimə gedib gəldikdən sonra anam onu vedrə və evdə olan laminatla döyməyə başladı. Mən evdən çıxdım və geriyə gecə qayıtdım".

"Əxlaqsız olması barədə ərizə yazdırdım"

Tahirin ifadəsinə görə, iyulun 10-da Sonadan hər şeyi etiraf etməsini, səmimi olmasını tələb edib, bu halda onu bağışlayacağını deyib: "Lakin Sona yenə yalanlar danışdı, Ruslana üzünün şəkilini göndərmədiyini dedi. Halbuki Ruslan mənə Sonanın üzünün şəklini göndərmişdi. Biz yenidən dalaşmağa başladıq.

Sonadan evdən çıxmağı tələb elədim, o, növbəti gün gedəcəyini dedi. Sonaya əxlaqsız olduğunu, uşaqların onunla yaşamasına imkan verməyəcimi bildirdim. Ona uşaqlardan imtina etməsi, özünün əxlaqsız olması barədə ərizə yazdırdım".

Tahir deyib ki, növbəti gün səhər oyandıqda həm Sonanın, həm onun əşyalarının, həm də özünün mobil telefonunun evdə olmadığını görüb: "Telefonumda Sonanın yazışmaları və şəkilləri olduğu üçün onu da özü ilə aparmışdı.

Mən Sonanı iyulun 3-də vurmuşam. İyulun 4-də qollarından tutub sıxaraq silkələmişəm, saçını dartaraq yolmuşam. Qalan xəsarətləri isə Sonaya anam yetirib. İyulun 3-də emosiyalarıma hakim ola bilməmişəm, onu döymüşəm. Buna görə özümü günahkar bilirəm".

"Borcu olduğuna görə daim dalaşırdı"

İş üzrə zərərçəkmiş qismində ifadə verən Sonanın sözlərinə görə, 2007-ci ildə Tahirlə rəsmi nikaha daxil olub, 10 və 16 yaşlarında Amal və Zəfər adında iki övladları var: "Tahirlə təzə ailə qurduğum zamandan daim kiməsə borcu olurdu. Hətta mənim qızıllarımı sataraq borclarını da bağlamışdı.

Həmişə borcları olduğu üçün əsəbi olur, içki içir, daim mənimlə dalaşırdı. Hətta məni döyüb, təhqir etdiyi vaxtlarda olurdu. 2022-ci ildən başlayaraq məni daha çox döyməyə, təhqir etməyə başladı. Evdən çölə çıxdığıma görə də məni dəfələrlə döymüşdü. Bu barədə valideynlərimə heç nə deməmişəm. Tahir məni həmişə əxlaqsız qadın kimi görür, məni bu cür adlandırırdı.

Hər dəfə əxlaqsız olduğumu iddia edir, bunu mənim ailəmə sübut edəcəyini, qardaşımın məni öldürəcəyini söyləyirdi. Mən mübahisədən sonra bir müddət evdən ayrıldım və atamgildə yaşadım. Sonradan bizi barışdırdılar.

Barışdıqdan sonra Tahir məndən çılpaq vəziyyətdə şəkil çəkib ona göndərməyimi istədi. Göndərmədikdə mənimlə mübahisə yaradıb dalaşdı. Daha sonra biz yataqda cinsi münasibətdə olan zaman video çəkməyə başladı.

Mənim video çəkilməsinə etiraz etsəm də, Tahir məni razılaşmağa məcbur etdi. Onun video çəkməsinə mane ola bilmədim".

"Məni kişilərlə otelə getməyə məcbur etdi"

Sonanın ifadəsinə görə, əri onu əxlaqsız adlandırdığı üçün kişilərlə otelə getməyə məcbur edib: "Hətta mənə video çəkməyimi, həmin videoda əxlaqsız olduğumu, pul müqabilində görüşdüyümü bildirməyimi istəyirdi.

Beləliklə Tahirlə aramızda daim mübahisələr baş verdirdi. O məni səbəbsiz yerə döyür, mənə işgəncələr verirdi".

Sona qeyd edib ki, iyulun 3-də Tahir yenə müxtəlif bəhanələr gətirib, onu əxlaqsız adlandırıb və döyərək ona xəsarət yetirib: "Əlləri-ayaqları ilə bədənimin müxtəlif nahiyələrinə xəsarətlər yetirdi. Sifət nahiyəmə yumruq və kəllə zərbəsi vurdu. Yerə yıxıldıqda məni təpiklədi.

Həmin xəsarətlərin ağrısı şiddətli olduğu üçün iyulun 6-da məni Günəşli qəsəbəsində yerləşən Şamil adında olan sınıqçıya yönləndirdi. Sınıqçı xəsarətlərimi görüb məni "Avromed" klinikasına yönləndirdi. Orada rentgen müayinəsindən keçdim və rentgenin cavablarını götürüb sınıqçının yanına getdim. Sınıqçı xəsarətlərimə sarğı qoydu. Mən evə qayıtdıqda Tahir mənimlə barışdı".

"Mən əxlaqsızam, pul müqabilində görüşürəm"

Sona ifadəsində göstərib ki, iyulun 9-da Tahir onun bank kartını istəyib: "Kartı ona verdim. Tahir bank kartımdan 1500 manat pul çıxardı və pulun 400 manatını mənə qaytardı. Dedi ki, pulu otelə getdiyim oğlanlara xərcləyərsən. Daha sonra özü-özünə əsəbləşərək məni döydü. Növbəti gün, yəni iyulun 10-da evə içkili halda gəldi, yenidən məni şiddətli şəkildə döydü.

Döydükdən sonra məcburi qaydada "mən əxlaqsızam, pul müqabilində görüşürəm" kimi sözlər dedizdirdi, səsimi yazdı. Həmçinin əxlaqsız olduğum üçün övladlarımdan imtina etməyim haqda ərizə yazdırdı, məcbur imza etdirdi. Gecə saat iki radələrində məni ayaqyalın evdən çölə çıxartdı və evdən qovduğunu dedi".

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR