21-05-2025, 21:48 315

İtaliya nümayəndə heyəti Azərbaycan MMU və HDQ-ni ziyarət edib

Azərbaycanda səfərdə olan İtaliyanın Milli Müdafiə Universitetinin Ali Araşdırmalar Mərkəzinin direktoru general-polkovnik Stefano Mannino və onun rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetində (MMU), Hərb Oyunları Mərkəzi, Heydər Əliyev adına Hərbi İnstitutda, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsində olub.

Bu barədə BAKU.WS-ə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə MMU-da keçirilən görüşdə Universitetin rektoru general-mayor Gündüz Əbdülov qonaqları ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib. Azərbaycan və İtaliya arasında hərbi təhsil sahəsində uğurla inkişaf edən əlaqələrin qarşılıqlı inam və etimada əsaslandığını vurğulayıb.

General-polkovnik S.Mannino da öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Keçirilən görüşlərin hər iki ordunun hərbi təhsil sahəsi üçün səmərəli olacağını bildirən qonaq, bu istiqamətdə görülən işlərin qarşılıqlı təcrübə mübadiləsi üçün faydalı olduğunu xüsusi qeyd edib.

Daha sonra italiyalı nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi, elektron üsulla xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları, eləcə də qarşıda duran məqsəd və vəzifələrindən bəhs edən brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb.

General-polkovnik S.Mannino xatirə kitabına ürək sözlərini yazıb.  

Görüş başa çatdıqdan sonra İtaliya nümayəndə heyəti Hərb Oyunları Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzdə icra olunan fəaliyyətlərlə bağlı zəruri məlumatlar verilib.

Qonaqlar səfər çərçivəsində MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyində olublar.

Ziyarət əsnasında qonaqlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstü və şəhidlərimiz üçün salınmış memorial kompleksin önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar xüsusi təyinatlı təhsil müəssisələrində yerləşən Heydər Əliyev Muzeyinə gələrək Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotoguşə ilə tanış olub. Onlara Ulu Öndərin ordu quruculuğu sahəsində gördüyü işlər barədə məlumatlar verilib.

İtaliyalı nümayəndə heyəti Hərbi Liseydə və İnstitutda təhsil alan kursantlar üçün yaradılmış şəraitlə tanış olub, onların fikirlərini öyrənib, təklif və tövsiyələrini verib. Qonaqlar üçün hərbi orkestr tərəfindən italyan musiqi kompozisiyaları səsləndirilib, italiyalı nümayəndə heyətinə kursantların nümunəvi çıxışlarını izləyib.

Daha sonra brifinq zalında keçirilən görüş zamanı tərəfləri maraqlandıran mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.  

İtaliya nümayəndə heyəti səfər çərçivəsində Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsini ziyarət edib.

Qonaqları salamlayan HDQ komandanı 1-ci dərəcəli kapitan Şahin Məmmədov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında İtaliya Respublikasının xüsusi yeri olduğunu qeyd edib.

Daha sonra qonaqlara hərbi hissənin tarixi, keçdiyi döyüş yolu və qarşıda duran məqsədləri ilə bağlı brifinq təqdim olunub. Qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ziyarət zamanı qonaqlara hərbi hissənin silahlanmasında olan bəzi hərbi vasitələr əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilib.

Qonaqlar, həmçinin təlim meydanında dəniz xüsusi təyinatlılarının iştirakı ilə nümayiş olunan nümunəvi çıxışları izləyiblər.

Paylaş

Xəbər lenti

Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir Bu gün, 13:48 Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib Bu gün, 13:48 Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşir Bu gün, 13:48 Hikmət Hacıyev diplomatik korpusun Qarabağa səfəri ilə bağlı video paylaşıb Bu gün, 13:48 Nərimanovda həyətə quraşdırılan şlaqbaumlar narazılıq yaratdı Bu gün, 13:48 Aİ Metanı uşaqların təhlükəsizliyi ilə bağlı cərimələyə bilər Bu gün, 13:48 Alimlər beyinlə əlaqə qura bilən süni sinir hüceyrələri hazırlayıblar Bu gün, 13:48 Çin avtomobillərinin ən həssas hissəsi açıqlandı Bu gün, 13:48 Avropa İttifaqının əhalisi 2100-cü ilədək 53 milyon azalacaq Bu gün, 13:48 "Neftçi"nin qapıçısı Emil Balayev: "Meydana çıxan hər oyunçu futbol fəlsəfəmizi bilir" Bu gün, 12:48 Kanalizasiya borularını oğurlayan şəxs saxlanılıb Bu gün, 12:48 Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırılır Bu gün, 12:48 Toy karvanları quranlara XƏBƏRDARLIQ Bu gün, 12:48 Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq Bu gün, 12:48 Tim Kuk: iPhone 17-yə tələbat rekord həddə çatıb Bu gün, 12:48 Milli Məclis beynəlxalq sənədi ratifikasiya etdi Bu gün, 12:48 Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb Bu gün, 12:48 Lənkəranda tullantı suları dənizə axıdıldı - TƏDBİR GÖRÜLDÜ Bu gün, 12:48 Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq Bu gün, 12:48 Türkiyə və Gürcüstandan olan din xadimlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək Bu gün, 11:48 Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yenilənib Bu gün, 11:48 Alimlər Süd Yolu qalaktikasının sərhədlərini müəyyənləşdirib Bu gün, 11:48 BƏƏ İran, Livan və İraqa səfərləri qadağan edib Bu gün, 11:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Aprel ayının reytinq cədvəli açıqlanıb Bu gün, 11:48 Aİ səfiri Azərbaycan XİN-ə çağırılıb, ona etiraz notası təqdim olunub Bu gün, 11:48 Göygöldə qanunsuz tikili sökülüb Bu gün, 11:48 "Bakı Marafonu 2026" ilə əlaqədar bu YOLLAR TAM BAĞLANACAQ Bu gün, 11:48 Kür daşdı, Kürdəmirdə evləri su basdı: "Heç bir tədbir görülmür" Bu gün, 11:48 Nazir nüavini: "Azərbaycanda rəqəmsal inkişaf yeni mərhələyə qədəm qoyur". Bu gün, 11:48 Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək Bu gün, 11:48 TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub Bu gün, 11:48 Azərbaycanın tanınmış eksperti həbsdə vəfat etdi Bu gün, 10:48 ADB Bakı metrosunun genişləndirilməsinə 850 milyon dollar kredit verə bilər Bu gün, 10:48 Keçmiş model küçələrdə yaşayır: zibildən qida toplayır Bu gün, 10:48 Hərbi vəzifəlilərə atəş, taktiki, sıra və fiziki hazırlıq üzrə məşğələlər keçirilib Bu gün, 10:48 Bakıda  "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir Bu gün, 10:48 Tehranda hava hücumundan müdafiə sistemləri işə salındı Bu gün, 10:48 BƏƏ OPEC və OPEC+ sazişindən çıxdı Bu gün, 10:48 Əhməd İsmayılov: "Artıq 3-cü dəfədir keçirilən forum media subyektləri ilə dövlət orqanları arasında kordinasiyanın gücləndirilməsinə tövfə verir" Bu gün, 10:48 Afrika qitəsi parçalanır, yeni okean YARANIR Bu gün, 10:48 TƏBİB-ə yeni icraçı direktor müavini təyin edilib Bu gün, 10:48 Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 10:48 Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir Bu gün, 09:48 Günəşli sakinlərinin NƏZƏRİNƏ Bu gün, 09:48 "Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq Bu gün, 09:48 "Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır Bu gün, 09:48 Bakıda 8 istiqamətdə tıxac müşahidə olunur Bu gün, 09:48 Rusiya kanalı: "Sabah" "Qarabağ"ın dominantlığına son qoyub Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR