
ABŞ sahillərində 5,2 bal gücündə güclü zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar cümə günü, mayın 23-də Bakı vaxtı ilə saat 06:30-da (yerli vaxtla 18:30) qeydə alınıb. Zəlzələnin episentri min nəfərə yaxın əhalisi olan Akutan şəhərindən 121 kilometr şimal-şərqdə, mənbəsi isə 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat verilmir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.