
Qeyri-iş günü elan edilmiş 28 May - Müstəqillik Günü ilə əlaqədar Bakı–Sumqayıt–Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkətinin şənbə gününə uyğun qrafiklə təşkil olunacaq.
Bu barədə AVESTA.AZ "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Sərnişinlər qatarların hərəkət cədvəli ilə www.ady.az rəsmi internet saytında və ya "ADY Mobile" mobil tətbiqi vasitəsilə tanış ola bilərlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.