25-10-2022, 11:21 535

Qubadlı cəngavərləri:

"Vətən müharibəsi zamanı Qubadlıda erməni silahlı birləşmələrinin tərkibində muzdlular da döyüşürdü".

Bunu "AVESTA.AZ"un Qubadlı rayonuna ezam olunan əməkdaşına açıqlamasında Müdafiə Nazirliyinin Quru Qoşunlarının (Komando) leytenantı Şamxal Hüseynov deyib.

O söyləyib ki, İkinci Qarabağ müharibəsində döyüşlərə Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi istiqamətindən qatılıb:

"Bildiyiniz kimi, ermənilərin Füzuli və Cəbrayıl rayonlarında bir çox eşelonu var idi. Hər eşelonda da tank və piyada əleyhinə minalar yerləşdirilmişdi. Cəbrayılda "Teleqüllə" deyilən əraziyə gedən yolda düşmənin strateji mövqeləri mövcud idi. Çünki ermənilər gözəl anlayırdılar ki, bu yüksəkliyi əldən versələr onların bütün təminat yolları və Arazboyu ərazilər nəzarətdən çıxacaq. Düşmən bizi daha çox minaatan və artilleriya atəşinə tuturdular. Eyni zamanda snayper və digər iri çaplı silah növlərindən istifadə edirdilər".

O deyib ki, Silahlı Qüvvələrimiz oktyabrın 2-də artıq Cəbrayıl şəhərinin ətrafına yaxınlaşmışdı:

"Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, həmin vaxt hava yağışlı və kəskin dumanlı idi. Ermənilərin Cəbrayıl ərazisində yerləşən Tulus dağında betondan səngərləri vardı. Səngərlərin də arxasında taborları yerləşdirilmişdi. Onların şəxsi heyətləri bizim hərbi qulluqçularımızdan iki dəfə çox idi. Biz Füzulidə düşməni geri çəkilməyə məcbur edəndə onlar qaçıb Cəbrayıldakı yüksəkliklərdə mövqelənmişdilər. Döyüşlər başladı və çətinliklə də olsa, düşməni bu istiqamətdə məğlub etdik".

Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin bölmələrinin Cəbrayıl rayonu ərazisində yerləşən hərbi hissəsinə daxil olaraq mühüm əhəmiyyət daşıyan sənəd və döyüş xəritələrini, eyni zamanda hərbi sursatlarını ələ keçirdib.

Zabit qeyd edib ki, döyüşlər zamanı rəhbərlik etdiyi şəxsi heyətdən şəhid olanlar və yaralananlar da olub:

"Əsgərim Ayxan Cəfərov hamını heyrətləndirən döyüş nümayiş etdirdi. O, döyüşlərin birində qəhrəmancasına şəhid oldu. Ayxan Cəbrayılda snayperlə bir neçə ermənini məhv etdi".

Ş.Hüseynov Qubadlı döyüşlərindən də danışıb. Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz rayon ərazisinə daxil olanda düşmənin ciddi müqaviməti ilə üzləşib.

"Qubadlının Balasoltanlı, Padar kəndləri, Yazı düzü istiqamətlərində amansız döyüşlər getdi. Yazı düzü düzənlik olduğundan düşmənin müqavimətini qırmaq olduqca çətin idi. Ermənilər tərəfindən muzdluların iştirakını məhz bu döyüşdə gördük. Yazı düzündə 10 günə yaxın döyüşlər getdi. Burada Milli Qəhrəman, Azərbaycan Ordusunun polkovniki Şükür Həmidov, leytenant Vəli Quliyev, mayor Elşən Orucov, baş leytenant Ehtiram Hüseynli şəhidlik zirvəsinə ucaldı, özüm isə ağır yaralandım", - Ş.Hüseynov vurğulayıb.

Azərbaycan Ordusunun mayoru İbrahim Əliyev də Vətən müharibəsində iştirak edib. O, Qubadlı rayonunun düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə şücaətlər göstərib.

 İbrahim Əliyev
İbrahim Əliyev

Zabitin sözlərinə görə, ermənilərin müdafiə olunduğu əsas yerlərdən biri də Qubadlı rayonu ərazisi olub:

“Burada 831 və 833 yüksəkliyi yerləşir. Düşmən də elə bu yüksəklikdə mövqelənmişdi. Həmin yüksəkliklər Qubadlı şəhərinin açarı demək idi. Bizim bölmələrimizin hücumu nəticəsində Qubadlıdan Ermənistanın Gorus rayonu istiqamətinə gedən yolda ermənilərin avtomobil və zirehli texnika, eyni zamanda canlı qüvvəsi pusquya salınaraq məhv edildi. Bu istiqamətdə gedən döyüşlərdə şəhid polkovnik Şükür Həmidovun rəhbərliyini xüsusi vurğulamaq istəyirəm. O, bizi arxasınca apardı və qəhrəmancasına şəhid oldu”.

İ.Əliyev bildirib ki, döyüşlər zamanı Azərbaycan Ordusunun şəxsi heyətinin psixoloji vəziyyəti yüksək səviyyədə olub: “Yazı düzündə amansız döyüşlərimiz oldu".

Kapitan Ələkbər Ələkbərov isə deyib ki, döyüşlərə sentyabr 27-si səhər saatlarında Füzulinin Alxanlı kəndi istiqamətindən qoşulub.

Burada düşmənin 30 il müddətinə qurduğu mühəndis istehkam maneələri olub. Bu da Silahlı Qüvvələrimizin irəliləməsinə manelər yaradıb.

Zabit xatırlayır ki, Füzulidə düşmənin üzərinə əks-hücuma keçən zaman itkilərimiz olsa da, döyüş sonda Azərbaycan bölmələrinin qələbəsi ilə bitib:

“Biz Füzulidən Şuşanın Daşaltı kəndi istiqamətinə qədər döyüşə-döyüşə irəlilədik. Mən Füzulinin Qaraxanbəyli kəndi yaxınlığında yaralandım. Yaramın yüngül olduğunu bildirərək döyüşləri davam etdirdim. Oktyabrın 21-də isə ikinci dəfə yaralandım. Bu, Daşaltı kəndinin azadlığı uğrunda gedən döyüşlərdə baş verdi. Həmin vaxt döyüşü heç cür davam etdirə bilmədim. Bu döyüşlərdə dostlarım şəhidlik zirvəsinə ucaldı”.

"Vətən müharibəsindən iki il keçməsinə baxmayaraq, düşmən yenə də təxribatlara əl atır. Sentyabrın 12-13-də bunun bir daha şahidi olduq, lakin yenə uğursuzluğa düçar oldular. Onlar artıq başa düşdülər ki, İkinci Qarabağ müharibəsindən iki il, beş il, yüz il də keçsə, cənab Prezident İlham Əliyevin dediyi kimi, "Dəmir yumruq" daima onların başı üzərində olacaq, erməni faşizmi yenidən baş qaldırsa başını əzəcək", - Ə.Ələkbərov vurğulayıb.

Paylaş

Xəbər lenti

"Unutmayacağımız dostluq jestidir" - İtaliyadan Azərbaycana təşəkkür Bu gün, 14:48 Sabahdan Bakının 2 rayonunda SU KƏSİLƏCƏK Bu gün, 14:48 Ramiz Mehdiyev və ailəsi Əli Kərimlinin məhkəməsinə çağırıldılar Bu gün, 14:48 Lamin Yamal "Sabah"la oyunu buraxacaq Bu gün, 14:48 Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişiklik təsdiqlənib Bu gün, 14:48 Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddəti azaldılıb Bu gün, 14:48 Prezident ehtiyatda olan hərbçilərin tibb sahəsində xüsusi rütbələri ilə bağlı dəyişikliyi imzalayıb Bu gün, 14:48 Bakının bu rayonlarında mənzillər 20 faizdən çox bahalaşıb - SİYAHI Bu gün, 14:48 Nərimanovda açıq lyuk təhlükəsi - Gecə ərazidən keçmək risklidir Bu gün, 14:48 Jalə Məmmədova və Kəmalə Əliyevaya vəzifə verildi Bu gün, 13:48 Alyona Əliyeva "İki dünya arasında" adlı fərdi sərgidən paylaşım edib Bu gün, 13:48 Qurban Qurbanov baş məşqçi karyerasında 900-cü oyuna çıxıb Bu gün, 13:48 Azərbaycan və İtaliya arasında Anlaşma Memorandumu imzalandı Bu gün, 13:48 Yüksək təzyiqi olanlar səhər yeməyini nə vaxt yeməlidir? Bu gün, 13:48 Ötən həftə 470 hektar ərazi minalardan təmizlənib Bu gün, 13:48 Antonio Tayani: Azərbaycanla müdafiə və enerji sektorlarında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur Bu gün, 13:48 Ukraynada dağıntılar altından 14 saat sonra 7 yaşlı uşaq sağ çıxarıldı Bu gün, 13:48 Bəzi yerlərdə yağış intensivləşib, qar yağıb - Faktiki hava Bu gün, 13:48 Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bir tələb ləğv edildi Bu gün, 12:48 Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK Bu gün, 12:48 Mikayıl Cabbarov: "Bu il İtaliya ilə ticarət dövriyyəmiz 12 milyard dollardan çox ola bilər" Bu gün, 12:48 Məktəbin həyətində yaranmış kanalizasiya problemi aradan qaldırıldı Bu gün, 12:48 "PAŞA Bank" COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib Bu gün, 12:48 Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir? Bu gün, 12:48 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib Bu gün, 12:48 Azərbaycanda elektriklə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR Bu gün, 12:48 İlham Zəkiyev: "Misir Qran-prisində əsas məqsədim reytinq xallarını artırmaq idi" Bu gün, 12:48 Prokurorluğa qulluğa qəbul üzrə yazılı imtahanda 133 namizəd iştirak edir Bu gün, 11:48 Ermənistanda yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub Bu gün, 11:48 Dövlət qulluğu imtahanı verəcək namizədlərə MÜRACİƏT Bu gün, 11:48 Bloger sükan arxasında canlı açıb, qayda pozdu - DYP hərəkətə keçdi Bu gün, 11:48 Ələtdə yeni hava limanının açılacağı tarix bilindi Bu gün, 11:48 Bakıda kişi hoteldə ölüb Bu gün, 11:48 Dahi bəstəkar Üzeyir Hacıbəyovun vəfatından 78 il ötür Bu gün, 11:48 Erməni əsirliyindən qaçan qazi vəfat etdi Bu gün, 11:48 Mikayıl Cabbarov: "Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığa əsaslanır" Bu gün, 11:48 Bakıda zibil daşıyan sürücü faciəli şəkildə öldü Bu gün, 11:48 Bakıda tıxacları azaltmağın ən real yolu açıqlandı Bu gün, 10:48 Asif Əsgərov "Şöhrət" ordeni ilə təltif edilib Bu gün, 10:48 "Şöhrət" ordeni ilə təltif edilən Asif Əsgərov kimdir? Bu gün, 10:48 İstanbul küçələrində şir peyda oldu - "Qalatasaray"ın futbolçusu da axtarışlara qoşulub Bu gün, 10:48 Gələn ildən yeni əməkhaqqı sistemi tətbiq edilə bilər Bu gün, 10:48 Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 10:48 Alicənab oğlan, sakit vida: Emin Mahmudovun tarixə çevrilən hekayəsi Bu gün, 09:48 Ticarət əlavəsinə limit bahalaşmanın qarşısını ala bilər? Bu gün, 09:48 Həbsdəki qohumunun arvadına 42 dəfə zəng edən şəxsi öldürdü Bu gün, 09:48 Müsialanın gələcəyi ilə bağlı qalmaqal böyüyür - Matteusdan çağırış Bu gün, 09:48 Həyat yoldaşının ölümünə səbəb olan sürücüyə hökm oxundu - Təfərrüat Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR