2-06-2025, 17:48 353

Ölkənin aparıcı İKT şirkəti "Azerconnect Group" Azərbaycanda rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək məqsədilə həyata keçirilən "4Sİ Akademiyası - Milli Proqram"ın tərəfdaşı olub. Layihə vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması,  həmçinin peşəkar kadrların inkişafının dəstəklənməsi üçün icra olunur.

İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu və "Coursera" şirkətinin təşkilatçılığı ilə keçirilən "Milli Proqram"ın rəsmi açılış mərasimi keçirilib. Dövlət, özəl sektor və akademik dairələrdən 100-dən çox nümayəndənin qatıldığı tədbirdə "Azerconnect Group"un kommersiya üzrə baş müdiri Müşfiq Əliyev çıxış edib, yeni texnologiyalar, xüsusilə süni intellekt əsaslı həllər sahəsində reallaşdırılan innovativ layihələr barədə geniş məlumat verib: "Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə ölkələrin rəqabət qabiliyyəti yalnız texniki imkanlarla deyil, eyni zamanda insan resurslarının potensialı ilə müəyyən olunur. Qabaqcıl texnologiyaların effektiv istifadəsi və davamlı inkişafı üçün yüksəkixtisaslı, çevik düşüncəli və innovasiyalara açıq insanların olması olduqca önəmlidir. Bu baxımdan həyata keçirdiyimiz layihələr ölkədə texnoloji tərəqqinin sürətlənməsinə töhfə verməklə yanaşı, insan kapitalının inkişafı və yeni bacarıqların formalaşması baxımından da strateji əhəmiyyət kəsb edir".

Qeyd edək ki, İKT və yüksək texnologiyalar sahəsində yerli mütəxəssislərin hazırlanması, ölkənin rəqəmsal iqtisadiyyat ekosisteminin gücləndirilməsi "Azerconnect Group"un dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət müvafiq sahələrdə layihə və təşəbbüsləri dəstəkləməklə ölkədə peşəkar kadrların formalaşması, insan kapitalının gücləndirilməsinə töhfə verir. "Azerconnect Group" güclü İKT infrastrukturu və təqdim etdiyi innovativ həllərlə Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı, ölkənin regionunun texnoloji mərkəzinə çevrilməsində mühüm rol oynayır.

Xatırladaq ki, "4Sİ Akademiyası - Milli Proqram"ı çərçivəsində on minlərlə istifadəçi ödənişsiz süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya daxil olmaqla, ümumilikdə 8000-ə qədər kurs və proqramlara qoşula biləcək. İstifadəçilər bir il ərzində Oksford, Stenford, Yel, Dyuk, London, Mançestr, həmçinin "Microsoft", "Google", "Meta", IBM, "AWS", "Oracle", "Gitlab" kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin təlimlərindən yararlana biləcəklər. Proqram çərçivəsində "Coursera" platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur. Təlimləri uğurla tamamlayanlar beynəlxalq sertifikatlar əldə edirlər. Proqrama qoşulmaq istəyən vətəndaşlar müvafiq linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.

"Azerconnect Group" haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən "Azerconnect Group" mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. "Azerconnect Group" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Paylaş

Xəbər lenti

İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib Bu gün, 00:48 2027-ci ildə ən çox qazandıracaq peşələr - Gəlirli sahələr AÇIQLANDI Bu gün, 00:48 Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub Dünən, 23:48 25 yaşlı azərbaycanlı Almaniyada bələdiyyə üzvü seçilib Dünən, 23:48 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu Dünən, 23:48 Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb Dünən, 23:48 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək? Dünən, 22:48 Kardinal: "Vatican News"da erməni dezinformasiyalarının nəşrinin qarşısı alına bilər" Dünən, 22:48 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub Dünən, 22:48 Ukraynada dronların istehsalında donuz piyindən istifadə edilir? Dünən, 22:48 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub Dünən, 22:48 Səfir: Vyana Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləməyə davam edəcək Dünən, 21:48 Bakıda Vatikan səfirliyinin yaradılmasının vacibliyi vurğulanıb Dünən, 21:48 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək Dünən, 21:48 Pensiyaların tam indeksləşdirilməsi kimlərə şamil olunacaq? - VACİB AÇIQLAMA Dünən, 21:48 Bədbəxt hadisənin təfərrüatı: "Dirək gəlinin beyninə dəyib, canını tapşırıb" Dünən, 21:48 Qara dənizdə təhlükə, Orta Dəhlizdə fürsət: Azərbaycan üçün yeni imkanlar yaranır? Dünən, 20:48 Mədə yanmasını adi hal hesab etməyin - Bu halda ürək xəstəliyindən xəbər verir Dünən, 20:48 Azərbaycanda kərə və duru yağlar nə üçün bahalaşır? - SƏBƏBLƏR Dünən, 20:48 Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək Dünən, 20:48 Azərbaycan BMT-də nüvə silahlarının ləğvini qabardıb Dünən, 20:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Daşkörpü sakinləri etnik təmizləməyə məruz qalıb Dünən, 19:48 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib Dünən, 19:48 "Qalatasaray" daha bir rus futbolçu almaq istəyir Dünən, 19:48 Elnur Müzəffərov: "Eldəniz Əzizlinin Qazaxıstanda qızıl medal qazanacağına inamımız böyük idi" Dünən, 19:48 DTX "Ceyhun Sabunçu"nu qətlə yetirənləri müəyyən edərək saxlayıb Dünən, 19:48 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb Dünən, 19:48 Sumqayıt sakinlərinin nəzərinə: Bəzi marşrut avtobusları yenilənəcək Dünən, 19:48 Səfir: Cəbrayılda istixana təsərrüfatında Niderland modeli tətbiq oluna bilər Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib Dünən, 18:48 Nazirlər Kabinetindən təhsilalanlarla bağlı VACİB QƏRAR Dünən, 18:48 Ermənistanda məhbus məhkəmə binasından qaçdı Dünən, 18:48 Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar Dünən, 18:48 Bu rayonda avtomobil yolları təmir olunacaq - 1,8 milyonluq LAYİHƏ Dünən, 18:48 Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edilib Dünən, 18:48 Sumqayıtda dəmiryol vağzalının qarşısında avtomobil yandı Dünən, 17:48 Hindistan Azərbaycandan neft alışını 5 dəfəyə yaxın artırıb Dünən, 17:48 Uzun yaşamaq istəyənlərə XƏBƏRDARLIQ - Bu iki üsula inanmayın Dünən, 17:48 Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi Dünən, 17:48 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü Dünən, 17:48 İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?" Dünən, 17:48 Təkəri partlayan yük maşını aşdı - Daşıdığı qoyunlar yola səpələndi Dünən, 17:48 Azərbaycanlı sabiq icra başçısı Rusiyada vəfat etdi Dünən, 17:48 Baş Prokurorluqdan "WhatsApp"la bağlı xəbərdarlıq Dünən, 17:48 Hikmət Hacıyev: Azərbaycan xalqı erməni cəmiyyətindən üzrxahlıq gözləyir Dünən, 16:48 Hikmət Hacıyev: "Le Figaro", demək olar ki, hər gün Azərbaycan əleyhinə saxta materiallar dərc edir Dünən, 16:48 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı? Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR