
Əməkdar artist Gövhər Rzayeva müğənni xalası qızı Gülnarə Mahmudova ilə "Elgizlə izlə" verilişində növbəti dəfə gərginlik yaşayıb.
Qarmon ifaçısı verilişdə barışıq ehtimalını istisna edərək, "Hamıya can sağlığı, amma məndən uzaq olsunlar" deyib.
Gülnarə isə cavabında bildirib: "Ölsəm, yanıma gəlməsin, o ölsə, mən də getmərəm. Anamla bağlı elə bir söz deyib ki, ürəyim sınıb".
Bu sözlərdən sonra Gövhər Rzayeva yerindən qalxaraq "O buradadırsa, mən burda olmayacağam. Əl çəkin məndən" deyərək studiyanı tərk edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.