
Rejissor Nail Naiboğlu açıqlaması ilə təəccübləndirib.
AVESTA.AZ xəbər verir ki, kliplərini çəkdiyi müğənnilərin konsert təşkil edən rejissor işlərinin çoxluğu səbəbindən son 6 ayda 12 kiloqram arıqladığını deyib.
Nail qeyd edib ki, çəki atmasına həm də ailə qayğıları səbəb olub. Belə ki, rejissorun oğlu artıq İngiltərədə təhsil almağa başlayıb.
Xatırladaq ki, rejissor Heydər Əliyev Sarayında "Klip kimi ömür" adlı konsert təşkil edib.
Konsertdə Nail Naiboğlunun klipini çəkdiyi müğənnilər yer alıb. Müğənni Samir Bağırov da musiqili proqrama dəvət edilib. Lakin o gəlməyib.
Ətraflı videoda:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.