5-06-2025, 18:48 248

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2025-ci il aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

Bu barədə AVESTA.AZ-ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2025/netorta) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 51908 nəfərdən 354 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 9 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11 iyun saat 10:00-dan 13 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
  • Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.
  • Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Paylaş

Xəbər lenti

Azərbaycan Tennis və Padel Federasiyasına yeni prezident seçildi Bu gün, 20:48 "Real Madrid" Mourinyoya təklif göndərib? - Özü cavab verdi Bu gün, 20:48 TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib Bu gün, 20:48 1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub Bu gün, 20:48 Apple şirkətinin rekord gəlirləri açıqlandı Bu gün, 19:48 Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər Bu gün, 19:48 Bayrağa hörmətsizlik edən şəxs saxlanıldı Bu gün, 19:48 "Bakı Marafonu 2026" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək Bu gün, 19:48 Xərçəng xəstəliyinə qarşı yeni müdafiə mexanizmi aşkar edilib Bu gün, 19:48 Hikmət Babaoğlu: "Avropa Parlamentinin qəbul etdiyi qətnamə hüquqi, demokratik və siyasi baxımdan qəbuledilməzdir" Bu gün, 19:48 Texasda təyyarə qəzasında beş nəfər ölüb Bu gün, 19:48 Alyona Əliyeva rəssam Rəşad Mehdiyevin sərgisinin açılış mərasimindən paylaşım edib Bu gün, 18:48 IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI Bu gün, 18:48 Nyu-York merinin Azərbaycana qarşı qaralama kampaniyasına cavab olan petisiyanı İMZALA! Bu gün, 18:48 İtkinlərin taleyi və mina müharibəsi: Humanitar hüququn sistemli pozuntusu Bu gün, 18:48 Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb Bu gün, 18:48 Belarus Azərbaycanda bir sıra sənaye layihələrinin həyata keçirilməsində maraqlıdır Bu gün, 17:48 Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib Bu gün, 17:48 Tender qarantiyasını "Yelo İnternet Bankçılıq"da tam onlayn əldə et! Bu gün, 17:48 Azad edilmiş ərazilərdə bir ayda 460 mina, 3410 PHS aşkarlanıb Bu gün, 17:48 İran: ABŞ-nin hərbi əməliyyat xərcləri 100 milyard dollar olub Bu gün, 17:48 Tofiq Əsgərova yüksək vəzifə verildi Bu gün, 17:48 Vuçiç: Serbiyanın "nüvə silahı hazırlaması" iddiaları absurddur Bu gün, 17:48 Sabirabad rayonunda Kür çayının məcrası genişləndi - ANBAAN VİDEO Bu gün, 17:48 Prezidentin köməkçisi: İtkin düşən 4 minə yaxın Azərbaycan vətəndaşı ilə bağlı Ermənistana müraciət etmişik Bu gün, 17:48 Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar Bu gün, 17:48 Azərbaycan Həndbol Federasiyasında maaşlar niyə ödənilmir? - AÇIQLAMA Bu gün, 16:48 Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb Bu gün, 16:48 Luis Okamponun Rusiyada yaşayan ermənilərlə Azərbaycana qarşı kampaniya üçün fond yaratdığı məlum olub Bu gün, 16:48 Çin nəhəngi yapon brendini ittiham etdi Bu gün, 16:48 Müğənni Tülay Özer vəfat edib Bu gün, 15:48 Salyanda Kür çayının hündürlüyü körpüyə qədər yüksəlib Bu gün, 15:48 Sabirabad rayonunda Kür çayı BƏNDİ YARDI - ANBAAN VİDEO Bu gün, 15:48 Bakıda WUF13-də BMT-ni 20-yə yaxın yüksəkvəzifəli nümayəndə təmsil edəcək Bu gün, 15:48 Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub Bu gün, 15:48 Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA Bu gün, 15:48 Hikmət Hacıyev: "Qafqazda beynəlxalq hüquqa əsaslanan yeni status-kvo yaranır" Bu gün, 15:48 Sabunçudakı ruhi - əsəb dispanserindən xəstələrin qaçması xəbəri YALANDIR Bu gün, 15:48 Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır Bu gün, 15:48 Azərbaycanda bir vəkilə töhmət verilib, birinə isə xəbərdarlıq edilib Bu gün, 14:48 İctimai nəqliyyatda əlavə vəsait tutulması məsələsinə RƏSMİ REAKSİYA Bu gün, 14:48 "Zirə Broyler"in direktorunun ölkədən çıxışına "stop" qoyuldu - SƏBƏB Bu gün, 14:48 "Qarabağ" "Neftçi" ilə oyunda azarkeşlərin davranışına görə 8000 manat cərimələnib Bu gün, 14:48 "Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Abbas Hüseynov Əvəzedicilər Liqasında qol vurublar Bu gün, 14:48 MM hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi I oxunuşda qəbul edib Bu gün, 14:48 İrandan Azərbaycana 55 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb Bu gün, 14:48 Bakıda dəm qazından zəhərlənərək ölən direktorun yerinə YENİ TƏYİNAT Bu gün, 14:48 İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR