12-06-2025, 10:48 1875

Prezident İlham Əliyevdən TDT-nin sosial siyasət üzrə iclas iştirakçılarına müraciət

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının iştirakçılarına müraciət edib.

AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, müraciəti Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdir Fərəh Əliyeva səsləndirib.

Müraciətdə deyilir:

"Hörmətli iclas iştirakçıları!

Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin "Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər" mövzusunda Bakı şəhərində keçirilən ikinci iclasının öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

Zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil etmişdir. Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır.

Hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır.

Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmizdə qadınlar öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunurlar.

Əminəm ki, iclas zamanı ən aktual məsələlər ətrafında aparacağınız dolğun və səmərəli fikir mübadiləsi birgə hədəflərin müəyyənləşməsi və mühüm platformaların hazırlanması üçün əlverişli zəmin yaradacaq".

Paylaş

Xəbər lenti

Dana əti niyə bahalaşır? - Fermerlərdən diqqətçəkən AÇIQLAMA Bu gün, 00:48 Bu gün torpağın və həyatın oyandığı İlaxır - Torpaq çərşənbəsidir Bu gün, 00:48 Bakıda yaşayış binasında geclü yanğın Dünən, 23:48 Azərbaycanda bu təsərrüfatlar vergidən azad edilib - RƏSMİ Dünən, 23:48 Paris-2024: Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edilib Dünən, 23:48 Bakı metrosunda yeni QADAĞA Dünən, 23:48 Tofiq Musayev: Azərbaycan islamofobiya ilə mübarizədə beynəlxalq səylərə töhfə verməkdə davam edir Dünən, 23:48 Sürücülər üçün pis xəbər Dünən, 23:48 Dünya futbolunda məşhur olan terapiya: Azərbaycan klublarında niyə yoxdur? Dünən, 22:48 Ombudsman Vardanyanın böhtanlarına cavab verdi Dünən, 22:48 Bu it cinslərini mənzildə saxlamaq TƏHLÜKƏLİDİR Dünən, 22:48 Ermənistan müxalifəti baş nazir postuna Köçəryanın namizədliyini irəli sürüb Dünən, 22:48 Böyrəklərin funksiyasını itirməyə başladığı yaş açıqlanıb Dünən, 22:48 Bred Kuper: Hörmüz boğazında 100 İran gəmisi batırılıb Dünən, 21:48 Qanunsuz balıq ovu ilə bağlı XƏBƏRDARLIQ Dünən, 21:48 Günəşdə güclü partlayış: Yerə təsiri ola bilər Dünən, 21:48 Bakıda mənzillərin kirayə qiymətləri ARTIB Dünən, 21:48 Qanunsuz qumar oyunlarından 41 milyon manat əldə etdilər, məhkəməlik oldular Dünən, 20:48 Yaşayış yeri üzrə qeydiyyata düşərkən ödəniş etmək lazımdır? Dünən, 20:48 Aİ kiberhücumlara görə İran və Çinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Tramp Yaxın Şərqdə müharibə bitdikdən sonra neft qiymətlərinin kəskin düşəcəyini gözləyir Dünən, 20:48 Samir Nuriyev Xocavənddə iclas keçirdi Dünən, 20:48 "Çelsi" Abramoviç dövründəki pozuntulara görə 10,75 milyon cərimələndi Dünən, 19:48 "Google" süni intellekt əsaslı tibbi məsləhət funksiyasını dayandırdı Dünən, 19:48 İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü Dünən, 19:48 Günəşdə güclü alışma baş verib Dünən, 19:48 Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq Dünən, 19:48 Əgər uşağınızda bu əlamətlər varsa - "Böyüyəndə keçər" deməyin! Dünən, 19:48 Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib Dünən, 19:48 Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım edib Dünən, 18:48 Paytaxtda 20 istiqamətdə sıxlıq var Dünən, 18:48 İrandan daha 9 nəfər Azərbaycana təxliyə olunub Dünən, 18:48 SEPAH "Gerçək vəd 4" əməliyyatının növbəti dalğasını həyata keçirib Dünən, 18:48 Biləsuvarda məktəb problemi: Şagirdlər təhsil üçün yeddi kilometr yol gedəcəklər? Dünən, 18:48 I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT Dünən, 17:48 XƏBƏRDARLIQ - Sabahdan hava PİSLƏŞİR... Dünən, 17:48 ADSEA: Bayram günlərində suyun kəsilməməsi üçün bütün tədbirlər görüləcək Dünən, 17:48 Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb Dünən, 17:48 Xocavəndin Qırmızı Bazar qəsəbəsindəki günəbaxan yağları zavoduna baxış keçirilib Dünən, 17:48 İran İsrailin silah zavodlarına zərbələr endirib Dünən, 17:48 Bu Universitet işçilərinə 400-500 manat BAYRAM PULU VERDİ Dünən, 17:48 Dövlət xidmətinin adından saxta kurslar təşkil olunub - XƏBƏRDARLIQ Dünən, 17:48 Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək Dünən, 16:48 Sabah Ağdaşda 5 minə yaxın abonentin qazı kəsiləcək Dünən, 16:48 Bakıda və Abşeronda duman müşahidə olunur Dünən, 16:48 Dövlət Xidməti Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısını alıb Dünən, 16:48 SOMDA rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO Dünən, 16:48 Bu qəsəbələrdə yaşayan keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR