15-06-2025, 22:48 274

Yerli avtomobillərə maraq azalıb:

Avtomobil sənayesi hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahələrdəndir. Bu sektor nəqliyyat vasitələrinin istehsalı və satışı ilə yanaşı, məşğulluq səviyyəsinə, daxili bazarın inkişafına və texnoloji yeniliklərin tətbiqinə də təsir göstərir. Azərbaycanda da avtomobil sənayesinin inkişaf etdirilməsi istiqamətində son illərdə müxtəlif addımlar atılıb, yerli istehsalın genişləndirilməsi üçün bir sıra layihələr həyata keçirilib. Bununla belə, 2025-ci ilin yanvar ayına aid göstəricilər avtomobil istehsalında əvvəlki illə müqayisədə ciddi azalmanın müşahidə olunduğunu göstərir. Rəsmi statistik məlumatlara əsasən, 2025-ci ilin ilk ayında ölkədə cəmi 235 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 171 ədəd və ya 42,1 faiz azalma deməkdir. Bundan əlavə, fevral ayının əvvəlinə olan məlumata görə, yerli müəssisələrdə 141 ədəd avtomobil ehtiyatda qalıb. Bəs, görəsən, istehsalın birdən-birə 42 faiz azalmasını şərtləndirən səbəblər hansılardır? Bu sahədə inkişafa necə nail ola bilərik?

BAKU.WS "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Ehtiyat hissələrini xaricdən alırıq"

İqtisadçı-ekspert Günay Hüseynovanın sözlərinə görə, Azərbaycanda avtomobil istehsalı tələb və təklif amili əsasında formalaşır: "Gəncə, Neftçala, Naxçıvan, Hacıqabulda avtomobil istehsalı müəssisələri fəaliyyət göstərir. Yerli istehsala tələbatın azalmasının ilkin səbəbi onların ehtiyat hissələri, detalları ilə bağlıdır. Çünki xaricdən alınır. Normalda detallar da yerli istehsal olmalıdır. Avtomobil zavodlarımız istehsaldan daha çox yığma qurumudur. Xaricdən gətirilən hissələrin ölkədə yığılması baha olduğu üçün vətəndaş eyni qiymətə xarici istehsala üstünlük verir. Xarici avtomobillər görünüş, keyfiyyət baxımından da vətəndaşa daha cəlbedici gəlir. Tələb və təklif amili əsasında yerli minik avtomobili istehsalının statistik göstəriciləri də dəyişir".

G.Hüseynova düşünür ki, yerli istehsala tələbi artırmaq üçün müəyyən addımlar atıla bilər: "Vətəndaşda maraq oyatmaq lazımdır. Bunun üçün bir sıra işlər görülməlidir. Məsələn, dövlət qurumlarındakı xidməti avtomobillər yerli istehsalla təmin olunarsa, sıravi vətəndaş da bu maşınlara maraq yaranar".

"Xarici modellər hər il yenilənir"

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov isə düşünür ki, yerli maşınlar xarici istehsala uduzur: "Statistik rəqəmlərə baxdıqda da görmək mümkündür ki, vətəndaşlarımız yerli minik avtomobillərinə daha az maraq göstərirlər. Bunun da müəyyən səbəbləri mövcuddur. Onlardan biri yerli istehsalın idxal edilən avtomobillərə uduzmasıdır. Yerli minik maşınlarının texniki parametrləri, yanacaq sərfiyyatı, komfortu idxal edilən avtomobillərdən geri qalır".

A.Əsədovun fikrincə, bu mənzərə əvvəlki dövrlərdə də mövcud olub: "Ümumi götürsək, vətəndaşlar çox zaman xarici istehsal olan avtomobilləri daha üstün tutublar. Həmçinin xaricdə istehsal edilən nəqliyyat vasitələri dizayn olaraq hər il yenilənirlər. Bu, insanların onlara olan marağını daha da artır. Bu amil də istehsalımızın arxa planda qalmasına gətirib çıxarır. Beləliklə, yerli istehsalda ləngimə baş verir".

"Xərci də çoxdur, qiyməti də..."

Ekspert qeyd edir ki, vətəndaşlar avtomobillərə daha yüksək məbləğ ödəmək istəmirlər: "Digər bir məqam yerli nəqliyyat vasitələrinin qiymətinin baha olmasıdır. Bu maşınları kreditlə və ya lizinq şətrləri ilə daha yüksək qiymətə əldə edirlər. Bu da yerli istehsalı ləngidən, istehsalımızın azalmasına səbəb olan faktlardandır. Yerli istehsal dedikdə xarici ölkələrdən hissələrin gətirilməsi və burada birləşdirilib yığılması başa düşülür. Bu isə özü-özlüyündə kifayət qədər xərc tələb edir. Qeyd olunan məqamlar bir-biri ilə zəncirvari şəkildə bağlıdır".

"Yerli bazarı araşdırmalıyıq"

Müsahibimizin fikrincə, hər bir halda yerli avtomobil istehsalı davam edilməli və genişləndirilməlidir: "Tələbatın zəif olması o mənaya gəlməməlidir ki, biz ümumiyyətlə avtomobil istehsalını dayandırmalıyıq. Əksinə, istehsalı daha da artırmalıyıq. Rəqabətə davamlı avtomobillər istehsal etməliyik. Həmçinin yerli bazarı araşdırmalıyıq. İnsanların maraq dairələrini öyrənməliyik. Avtomobil istehsal edərkən baxmalıyıq ki, hansı modelləri almaq daha sərfəlidir. Bunları dəyişdirərək inkişafa nail ola bilərik".

Ekspert deyir ki, istehsal üzərində çalışsaq, avtomobillərimizi xaricə də ixrac edə bilərik: "Digər nəzərə alınmalı məsələ qonşu ölkələrin avtomobil bazarına çıxış imkanlarımızın olmasıdır. İstehsalı inkişaf etdirərək, daha keyfiyyətli avtomobillər istehsal edərək onları qonşu ölkələrə ixrac edə bilərik. Bu, ölkəmizin tanınması üçün də böyük fürsətdir".

Paylaş

Xəbər lenti

"WUF13Azerbaijan": Bakı foruma hazırdır Bu gün, 00:48 Azərbaycan maşınları dünya bazarında? - Hansı addımlar atılmalıdır? Bu gün, 00:48 Hikmət Hacıyev sosial şəbəkə hesabında WUF13 ilə bağlı film paylaşıb Bu gün, 00:48 Aİ Hörmüz boğazından keçidlə bağlı SEPAH-la danışıqlara başlayıb Dünən, 23:48 Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının altıncı günündə 5 medal qazanıblar Dünən, 23:48 Londonda iki etiraz aksiyasında 31 nəfər saxlanılıb Dünən, 23:48 Azərbaycan gimnastları "AGF Trophy" beynəlxalq turnirini 16 medalla başa vurublar Dünən, 23:48 Azərbaycan TDT-də siyasi iradəsi, təşəbbüsləri, strateji layihələri ilə aparıcı rol oynayır Dünən, 22:48 TDT-nin Zirvə görüşündə İlham Əliyevin fikri Türk dünyasının gələcək strateji istiqamətinə dair məqsədyönlü siyasi mövqedir Dünən, 22:48 Hindistanlı memar WUF13-ün əhəmiyyətini izah edib Dünən, 22:48 WUF13 qeydiyyat mərkəzində iş tam sürətlə davam edir Dünən, 21:48 TDT-nin QHT-ləri arasında əməkdaşlıq daha da gücləndiriləcək Dünən, 21:48 Azərbaycan Türk dünyasının əsas birləşdirici aktorlarındandır Dünən, 21:48 Moskvaya uçan 20 dron vurulub Dünən, 20:48 WUF13 BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq Dünən, 20:48 "Daily Trust": Trampın zərərsizləşdirildiyini elan etdiyi İŞİD lideri 2024-cü ildə öldürülüb Dünən, 20:48 Anaklaudia Rossbax Bakıdan bütün dünyanı salamlayıb Dünən, 19:48 Şahdağa qar yağır, Qəbələ, İsmayıllı, Xocalı və Naxçıvana dolu düşüb - FAKTİKİ HAVA Dünən, 19:48 Banqkokda dəmir yolu keçidində qəzada xəsarət alanların sayı 32 nəfərə çatıb Dünən, 19:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır: Çeynəmə, danışma zamanı ağrı varsa... Dünən, 18:48 AZAL-ın Naxçıvana uçuşları bu səbəbdən ləğv olundu Dünən, 18:48 Sular üzərində qurulan möcüzə Dünən, 18:48 Məşhur aktyorların 8 illik evliliyi bitdi Dünən, 18:48 Minq və Rossbax Bakıda Malayziya və "UN-Habitat"ın əməkdaşlığını müzakirə ediblər Dünən, 18:48 Naxçıvanda imtahandan 300 bal toplayan abituriyentin nəticəsi niyə siyahıdan kənarda qaldı? Dünən, 18:48 Biləcərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq Dünən, 18:48 "Çelsi" Xabi Alonso ilə danışıqlara başlayıb Dünən, 18:48 WUF13-də "ADY-nin şəhərlərin inkişafı və urbanizasiyada rolu" mövzusunda infosessiya keçiriləcək Dünən, 17:49 Türküstan Bəyannaməsi: Regional əməkdaşlığın yeni mərhələsi Dünən, 17:49 Antonio Konte növbəti mövsümdə də "Napoli"ni çalışdırmağa yaxındır Dünən, 17:48 Nəqliyyatdan istifadə edəndə buna görə 200 manat cərimə oluna bilərsiniz - Baku TV Dünən, 17:48 Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək Dünən, 17:48 Üz-çənə travmaları və infeksiyaları necə yaranır? Dünən, 17:48 Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu keçirilib Dünən, 17:48 Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək Dünən, 16:48 Meteohəssas insanların NƏZƏRİNƏ Dünən, 16:48 Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib Dünən, 16:48 Böyük Britaniya kralı III Çarlz Qarabağ atlarının şousunu izləyib Dünən, 16:48 Qafqazın ən böyük tunelindən GÖRÜNTÜLƏR Dünən, 16:48 Sabiq millət vəkili VƏFAT ETDİ Dünən, 16:48 Keçmiş prokurordan sensasion xatirələr: İllərlə açılmayan qətlin sirri necə üzə çıxdı? Dünən, 16:48 Ağdərənin Aşağı Oratağ kəndinə köçürülən ailələrə mənzillərinin açarları təqdim olunub Dünən, 16:48 Anaklaudia Rossbax: Azərbaycan WUF13-ün keçirilməsi üçün müstəsna işlər görüb Dünən, 16:48 Kenan Doğulu otel videoları ilə şantaj edilir - 14 milyon tələb ediblər Dünən, 16:48 Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla qayıtdım Dünən, 15:49 Türküstan görüşü: Ortaq maraqlar barədə praqmatik mövqe Dünən, 15:49 WUF13 çərçivəsində 9 HUB, 2 son məntəqə, 67-dən çox aralıq məntəqə təşkil edilib Dünən, 15:49 Bakı dünyaya qucaq açır: Paytaxt WUF13-ə necə hazırlaşıb? - FOTOREPORTAJ Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR