
Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Ağdamdan Bakıya sürət qatarı ilə qayıdır.
BAKU.WS report-a istinadən xəbər verir ki, diplomatlar yol boyu Qarabağın nəqliyyat infrastrukturunun bərpası ilə tanış ola biləcəklər.
Beləliklə, diplomatlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionuna iki günlük səfərlərini başa vururlar.
*** 14:20
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət qrup Ağdama gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlar Ermənistanın işğal illəri ərzində törətdiyi dağıntıları görə biləcəklər.
Həmçinin, nümayəndə heyəti şəhərdə aparılan bərpa işləri ilə tanış olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.