25-06-2025, 15:48 673

Mikayıl Cabbarov:

Qlobal enerji bazarındakı qiymət dalğalanmaları nəticəsində Azərbaycanın maliyyə axınlarında və investisiya cəlbediciliyində ciddi artım və ya azalma gözlənilmir.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə dünya bazarlarında neftin qiymətinin artıb-azalmasının təsiri ilə bağlı danışarkən deyib.

Nazir qeyd edib ki, Azərbaycan istər siyasi, istərsə də iqtisadi inkişaf strategiyalarını enerji qiymətlərinin artımı üzərində qurmayıb: "Azərbaycan regionda sabitlik faktorudur. Ticarət fəaliyyəti bizim üçün çox önəmlidir. Lakin enerji sahəsində biz ticarət edən deyil, hasilat həyata keçirən ölkəyik. Bu baxımdan, biz qiymət sıçrayışlarından deyil, daha proqnozlaşdırıla bilən və dayanıqlı bazar şəraitindən faydalanırıq. Enerji qiymətlərindəki artım Azərbaycanın mövqeyini fundamental olaraq dəyişmir. Makroiqtisadi və makrofiskal vəziyyətimiz çox güclüdür".

M. Cabbarovun sözlərinə görə, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in təxminən 100 %-nə bərabərdir: "Hazırkı şəraitdə dövlətin əsas vəsaitləri işğaldan azad olunmuş ərazilərin bərpasına, məcburi köçkünlərin doğma yurdlarına tezliklə qayıdışını təmin etməyə, şəhər və kəndlərin infrastrukturunun qurulmasına yönəldilib. Azərbaycan iqtisadiyyatının daha dayanıqlı və sabit olması istiqamətində qətiyyətliyik".

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin artdığı gün - xüsusilə İsrailin İrana zərbə endirdiyi tarixdə - dünya bazarında "qara qızıl"ın əsas növləri olan "Brent" və WTI markalı neftin qiymətləri 13 %-dən çox artıb. "JPMorgan" analitiklərinin fikrincə, əgər Hörmüz boğazı bağlanarsa, neft qiymətləri 70 % artaraq bir barel üçün 100 ABŞ dolları, hətta 150 ABŞ dolları həddinə çata bilər.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Son ticarət məlumatlarına əsasən, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 7,96 dollar və ya 9,94 % azalaraq 72,12 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin avqust fyuçersləri isə 69,12 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR