
Yardımlıda 9 200 ədəd xaş-xaş kolu məhv edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2025" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində aqrotexniki qaydada qulluq göstərilməmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.