
Polis əməkdaşları Ağdaşda bir ton çətənə kolunu məhv ediblər.
Bu barədə “AVESTA.AZ”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Qarasuqumlaq kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi bir ton olan 2783 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.