1-07-2025, 17:48 379

Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notası qarşı tərəfə təqdim olunub.

BAKU.WS xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı, Yekaterinburqda baş verən hadisələr, eləcə də Rusiyanın "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin filialı olan "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı məsələlərin müzakirə olunduğu barədə Rusiya XİN-in məlumatını şərh edərkən bildirib.

Qeyd edilib ki, notada bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib.

"Hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğu bildirilib.

Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinin, həmvətənlərimizin qətlinin və ağır yaralanmasının Azərbaycan Respublikası ictimaiyyətində son dərəcə mənfi reaksiyaya səbəb olduğu qeyd edilib.

Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub.

"Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi təqdim edilən "Sputnik-Azərbaycan"ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı səfir öz növbəsində ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur.

Məlum olduğu kimi, cari ilin 12 fevral tarixində "Rossiya seqodnya" beynəlxalq informasiya ağentliyi" Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya Federasiyası vətəndaşları və filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib.

Daxili İşlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, hal-hazırda sözügedən qanunsuz fəaliyyət ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir.

Bununla əlaqədar, Rusiya tərəfinin narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb.

Rusiya hüquq-mühafizə orqanlarından fərqli olaraq, Azərbaycan tərəfinin tədbirlərinin və onların həyata keçirilmə tərzinin tam qanuni olduğu bildirilib", - Ayxan Hacızadə qeyd edib.

Ümumilikdə, Rusiya tərəfindən həyata keçirilən qeyd edilən fəaliyyət və hərəkətlərin iki ölkə arasında ikitərəfli münasibətlərə zidd olduğu xatırlanıb.

Paylaş

Xəbər lenti

Bakıda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlərin gücləndirilməsi tapşırığı verilib Bu gün, 19:48 Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur" Bu gün, 19:48 Gündüz İsmayılov: "Hər bir jurnalist paylaşdığı məlumat və səsləndirdiyi fikrə görə məsuliyyət daşıyır" Bu gün, 19:48 Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib Bu gün, 19:48 Haber Global "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" siyahısında yer alıb Bu gün, 19:48 Qubada stadion satılıb? - Sakinləri hiddətləndirən iddia Bu gün, 19:48 Anar Qafarov: "Qlobal problemləri evinizə gətirən o balaca ekranların arxasında böyük müharibələr gedir" Bu gün, 18:48 Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib Bu gün, 18:48 Süni intellektlə düzəltdikləri fotolarla qadınları şantaj edən şəxslər saxlanılıb Bu gün, 18:48 Bakıda cinayət işləri üzrə vurulmuş ziyanın 73,2 %-i ödənilib Bu gün, 18:48 Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib Bu gün, 18:48 Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı Bu gün, 18:48 Dünyanın ən güclü ordularının reytinqi açıqlandı – Türkiyə ilk onluqdadır Bu gün, 17:48 Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb Bu gün, 17:48 Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH Bu gün, 17:48 Ramin Cəfərov: "Baku TV" son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir" Bu gün, 17:48 Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir Bu gün, 16:48 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ Bu gün, 16:48 Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır" Bu gün, 16:48 SEVİNDİRİCİ XƏBƏR - Bu kəndlərdə yeni su şəbəkələrinin qurulması planlaşdırılır Bu gün, 16:48 Gündüz İsmayılov: "Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir" Bu gün, 16:48 5G istifadəçilərinin sayı 3 milyardı keçdi – 6G üçün geri sayım başladı Bu gün, 16:48 Sahir Məmmədxanov: "1875-ci ildə mətbuatın əsasının qoyulması Azərbaycanın ictimai-siyasi və mədəni tarixində dönüş nöqtəsi olub" Bu gün, 16:48 Kəlbəcərdə itkin düşən 11 yaşlı Yaqubun meyiti tapılıb Bu gün, 16:48 Ramin Məmmədov: "Azərbaycanda həyata keçirdiyimiz layihələrin bir neçə əsas məqsədi var" Bu gün, 16:48 DÇ-2026: Ən çox qolu kim vurub? Bu gün, 15:50 Azərbaycanda üç ölkənin qatılacağı hərbi təlimin planlaşdırma konfransı keçirilib Bu gün, 15:50 Azərbaycanda parklanma yerlərinin minimum kvotası təsdiqləndi Bu gün, 15:50 Neft anbarlarının layihələndirilməsi ilə bağlı yeni normalar təsdiqləndi Bu gün, 15:49 Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Bu gün, 15:49 Xırdalandakı Heydər Parkında ağaclar quruyur - SƏBƏB AÇIQLANDI Bu gün, 15:49 Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb Bu gün, 15:48 Messi: "Bu komandanın etdikləri inanılmazdır - artıq beşinci finalımızdır" Bu gün, 15:48 Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib Bu gün, 14:48 Zərdabda 1,4 ton narkotik bitki məhv edilib Bu gün, 14:48 İçməli su küçəyə axır - Sakinlərdən şikayət Bu gün, 14:48 Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb Bu gün, 14:48 DDLA gəmiçilik şirkətlərini dənizçilərin təhlükəsizliyini prioritet hesab etməyə çağırıb Bu gün, 14:48 Kişineu ilə Bakı arasında birbaşa müntəzəm uçuşlara başlanılıb Bu gün, 14:48 Azər Məmmədov yeni departament yaratdı, rəis təyin etdi Bu gün, 14:48 Sergey Koretski Ukraynanın Baş naziri təyin edildi Bu gün, 14:48 Messi: "Futbol baxımından İngiltərədən üstün olduğumuzu bilirdik" Bu gün, 14:48 Qubada hamilənin ölümü ilə bağlı araşdırma aparılır Bu gün, 14:48 Qubada hamilə iynədən şoka düşüb, əməliyyatdan sonra ölüb Bu gün, 13:48 Bakı və Bratislava payızda iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun iclasını keçirəcək Bu gün, 13:48 Bakı üzrə yeni təmayül tədris modelinin tətbiq olunacağı məktəblər açıqlanıb Bu gün, 13:48 Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var Bu gün, 13:48 "Oturacaqlar köhnəlib, qapılar da nasazdır" - 64 saylı avtobusdan ŞİKAYƏT Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR