
Müğənni Deniz Seki açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o qonaq olduğu verilişlərdən birində güzgü qarşısında öz-özünə danışdığını etiraf edib.
"Güzgü qarşısında özümə danışıram, bəzi etiraflar edirəm. Güzgüdəki Denizlə göz təması qururam. Bir növ özümlə üzləşirəm" -deyə, sənətçi qeyd edib.
İfaçı hazırda yay mövsümü olduğundan ard-arda müxtəlif şəhərlərdə konsertlər verir. Sənətçi veriliş zamanı yaxın zamanlarda albom çıxacağını da açıqlayıb.
2 il sonra Deniz sənətdə olmağının 30 ilini qeyd edəcək.
İfaçı veriliş zamanı səmimi açıqlamaları ilə də diqqət çəkib. Deniz "Çox çətin əsəbiləşirəm amma sakit də olanda da tamam başqa cür oluram" -deyə qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.