
Abşeron rayonunun Saray qəsəbəsində yaşayan sakinlər su problemindən əziyyət çəkirlər.
Bu barədə vətəndaşlardan biri BAKU.WS-in "qaynar xətti"nə şikayət edib.
Bildirilib ki, qəsəbənin "Üzümlük" adlanan ərazisində 1 həftədir su sadəcə gecələr gəlir:
"Üzümlük ərazisində su yalnız gecə saat 1-dən sonra gəlir və səhərə yaxın kəsilir. Gün ərzində ümumiyyətlə olmur.
Bu hal bizi çox çətin vəziyyətdə qoyur", - deyə şikayətçi vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.