11-07-2025, 20:48 399

İyulun 11-də İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən "Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü" adlı beynəlxalq forum keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, forumda aidiyyəti dövlət və beynəlxalq qurumların nümayəndələri və sahibkarlar iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal çağırışlar və yeni trendlər fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən inkişaf modelinin Azərbaycanın sosial-iqtisadi potensialını gücləndirdiyini, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi inkişaf strategiyasının nəticələri beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da təsdiqini tapır. Azərbaycanın mövqelərinin yüksəlməsi iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığının azalması ilə bağlıdır. Bu isə öz növbəsində bilik və bacarıqtutumlu sahələrin inkişafı üçün möhkəm baza yaradaraq dördüncü sənaye inqilabının elementlərinin tətbiqini sürətləndirir.

Diqqətə çatdırılıb ki, süni intellekt, böyük verilənlər, robototexnika, əşyaların interneti və bulud texnologiyaları yalnız texniki yeniliklər deyil, həmçinin iqtisadiyyatların böyümə modelini tamamilə dəyişən amillərdir. Bu çağırışlar ölkəmiz üçün də aktualdır. Sənaye və texnologiya parklarının yaradılması, ölkənin sosial-iqtisadi strategiyasında rəqəmsal iqtisadiyyatın əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilməsi, 4SİM Azərbaycan Mərkəzinin açılması və rəqəmsallaşma təşəbbüsləri bu transformasiyanın bir hissəsidir.

Vurğulanıb ki, rəqəmsal iqtisadiyyatın dövlət tərəfindən prioritetləşdirilməsi şəraitində özəl sektorun yeni tələblərə uyğunlaşması xüsusilə önəmlidir. Ölkəmizdə sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri, subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlərlə yanaşı, texnoloji inkişafı dəstəkləyən işlər görülür.

İqtisadiyyat naziri qeyd edib ki, rəqəmsal transformasiyanın mərkəzində insan kapitalının inkişafı dayanır. Ölkəmizdə bu çağırışa cavab vermək üçün vətəndaşlara yeni bilik və bacarıqlar qazandırmağı hədəfləyən proqramlar həyata keçirilir.

4SİM-in icraçı direktoru Fariz Cəfərov təqdimatında sənaye transformasiyası üçün zəruri olan üçlü yanaşmadan - biznes, texnologiya və təşkilati transformasiyadan bəhs edib, "Sənaye 4.0 Hazırlıq Proqramı"nın mahiyyəti barədə məlumat verib.

Tədbir çərçivəsində "Sənaye 4.0 Hazırlıq Proqramı"nın pilot mərhələsini uğurla başa vurmuş "METAK" şirkətinin təsisçisi Alik Kərimov, "Azerfloat" şirkətinin baş direktoru Emil Həsənov və "STP" şirkətlər qrupunun baş icraçı direktoru vəzifələrini icra edən Ələkbər Abbaslı çıxış edərək proqramın müəssisələrin fəaliyyətinə və məhsuldarlığına müsbət təsirlərindən bəhs ediblər.

Beynəlxalq ekspert Andres Kadoska "Dünyada transformasiya təşəbbüsləri necə həyata keçirilir? Sənaye 4.0 Mərkəzləri və dəstək proqramları" mövzusunda təqdimatla çıxış edib. Beynəlxalq təcrübələr fonunda Azərbaycanda atılan addımların əhəmiyyəti vurğulanıb.

Tədbirdə texnoloji, ekosistem, insan kapitalının inkişafı üzrə tərəfdaşlarla 4SİM arasında əməkdaşlığa dair sənədlərin imzalanma mərasimi keçirilib. "Festo", "Koç Digital", "MEXT" Texnologiya Mərkəzi, "Honeywell", "SMC" kimi texnologiya şirkətləri ilə yanaşı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Biznesinin İnkişafı Fondu, "Sabah City", habelə ADNSU, ADA, İqtisad Universiteti, BANM, AzTU və BMU ilə imzalanan niyyət protokolları və anlaşma memorandumları 4SİM-lə əməkdaşlığın qurulmasına və inkişafına xidmət edəcək.

Forumda rəqəmsal iqtisadiyyatla bağlı qlobal trendlərə həsr olunmuş panel müzakirələri təşkil olunub. Beynəlxalq ekspert Cengiz Ulubaşın moderatorluğu ilə keçən paneldə "MEXT" Texnologiya Mərkəzinin rəhbəri Efe Erdem, "Honeywell" şirkətinin regional meneceri Oktay Başer, Qətər İnkişaf Bankının KOB-ların inkişafı üzrə icraçı direktoru Hamad Salem Mejegheer və SOCAR-ın Əməliyyat satınalması və təchizat departamentinin rəis müavini Elçin Musayev çıxış edərək regional təcrübələr, müasir texnologiyaların tətbiqinin yaratdığı iqtisadi təsirlər və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Tədbir çərçivəsində yerli və beynəxalq şirkət və startapların texnoloji həllərinin nümayiş olunduğu sərgi təşkil olunub. Burada 10-dan çox şirkət "Sənaye 4.0" sahəsində öz həllərini təqdim edib. "Sabah City" layihəsi xüsusi maraqla qarşılanıb. Layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan və 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan, startap inkubatorları, akseleratorlar, vençur fondları, texnologiya transfer ofisləri və qabaqcıl tədqiqat mərkəzlərini bir araya gətirən innovasiya klasteridir.

Tədbidə, həmçinin "NigArt" Rəsm Məktəbinin şagirdlərinin süni intellekt və robototexnika mövzusunda hazırladıqları əl işləri sərgilənib, gələcəyin texnologiyalarına maraq və yaradıcılıq təşviq olunub.

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR