
"Barselona"nın vingeri Lamin Yamal kimi tarixin ən yaxşı futbolçusu hesab etdiyi ilə bağlı sualı cavablandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
"Mənim üçün Messi tarixin ən yaxşı oyunçusudur. Onun meydanda etdiyi hər şeyi bəyənirəm, oyunu ilə bağlı hər şeyi bəyənirəm. Bu, həqiqətən də əla idi".
Xatırladaq ki, 38 yaşlı Messi "İnter Mayami"də çıxış edir. Bu mövsüm o, 26 matçda 20 qol vurub və 6 məhsuldar ötürmə edib.
Messi səkkiz dəfə "Qızıl top"un qalibi olub. O, həmçinin Argentina millisi ilə Dünya Kubokunu və bir çox başqa kubokları başı üzərinə qaldırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.