14-07-2025, 17:48 304

Mətbuat Şurasında

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin iclası keçirilib.

AVESTA.AZ xəbər verir ki, bu barədə şura məlumat yayıb.

Bildirilib ki, iclasda Rusiya Jurnalistlər İttifaqının (RJİ) "Sputnik Azərbaycan" agentliyinin əməkdaşlarının həbsi ilə bağlı xarici təşkilatlara, jurnalist və hüquq-müdafiə assosiasiyalarına məktubu, həmçinin həmin məktuba cavab olaraq şuranın beynəlxalq ictimaiyyətə ünvanladığı müraciət müzakirə olunub.

MŞ sədri Rəşad Məcid rəhbərlik etdiyi qurumun sözügedən müraciətinin rus və ingilis dillərində olmaqla, dünyanın bir çox aparıcı qurumlarına və onların rəhbər şəxslərinə göndərildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, Şuranın sənədində RJİ-nin "Sputnik Azərbaycan"la əlaqədar durumu söz azadlığının pozulması kimi təqdim etməsinin yolverilməzliyi əsaslandırılıb.

MŞ İdarə Heyətinin üzvü, Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərli Rusiya mediasındakı anti-Azərbaycan meyillərin hər zaman özünü göstərdiyini deyib. Komissiya sədri 2022-ci ildə ölkəmizin media resurslarının Rusiya ərazisində yayımının bloklandığı da vurğulayıb:

"Halbuki Azərbaycan müharibə şəraitində olduğu dönəmdə Rusiyanın kütləvi informasiya vasitələrinə münasibətdə analoji addım atılmamışdı. Baxmayaraq ki, ölkənin media orqanlarında Azərbaycanla əlaqədar yanlış, yolverilməz qərəzli təsəvvürlər formalaşdırılır, 44 günlük müharibə, az qala, işğalçılıq aktı qismində qiymətləndirilirdi".

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, "Sputnik Azərbaycan" 2022-ci ildə də ölkəmizlə bağlı təxribatçı mövqe tuturdu.

MŞ İdarə Heyətinin üzvü Hacıbəy Heydərli diqqəti Rusiya mediasının təmsilçilərinin, xüsusən "Telegram" platformasında anti-Azərbaycan fəaliyyət həyata keçirmələrinə çəkib və belə hallara münasibətdə zəruri tədbirlərin görülməsinin vacibliyini əsaslandırıb.

MŞ sədrinin müavini Vüqar Zifəroğlu Rusiyanın media cameəsində Azərbaycana qarşı qərəzli münasibətin hər zaman özünü göstərdiyindən söz açıb və Şuranın məlum müraciətinin beynəlxalq ictimai rəydə müsbət qarşılanacağına inandığını bildirib.

MŞ İdarə Heyətinin üzvü Qulu Məhərrəmli çıxışında şuranın müraciətinin kifayət qədər dolğun mahiyyət daşıdığını deyib. O bildirib ki, sənəd ölkəmizin media cameəsinin tutarlı mesajıdır. Q.Məhərrəmli, habelə ölkəmiz barədə yanlış təsəvvürlərin qarşısını almaq məqsədi ilə Azərbaycan mediasında hazırlıqlı qrupların formalaşdırılmasının əhəmiyyətindən də söz açıb.

MŞ İdarə Heyətinin üzvü Rauf Arifoğlu bildirib ki, Rusiya mediası ilə ideoloji müharibənin bundan sonra da davamlı olacağı birmənalıdır.

MŞ İdarə Heyətinin üzvü Yeganə Hacıyeva çıxışında media sahəsindəki anti-Azərbaycan yönümlü beynəlxalq təmayüllərə qarşı mübarizənin daha fundamental aparılması üçün bu sahə ilə bağlılığı olan ekspertlərin ideoloji fəaliyyətə cəlb edilməsinin zəruriliyi üzərində dayanıb.

Toplantıda Mətbuat Şurasının məlum müraciətinin Rusiyanın media cameəsi tərəfindən hiddətlə qarşılandığı da önə çəkilib və bildirilib ki, bu, şuranın sənədinin RJİ-nin qərəz və yalan dolu məktubunu heçə endirməsindən qaynaqlanır. Hiddətlənənlərdən biri isə "Rossiya Segodnya"nın baş direktoru Dmitri Kiselyovdur. Kiselyovun MŞ-nin müraciətini əhəmiyyətsiz sənəd olaraq qələmə vermək cəhdi onu göstərir ki, Rusiyanın media cameəsində "Sputnik Azərbaycan"la bağlı digər manipulyasiyalar da ola bilər. Həm Mətbuat Şurası, həm də ölkəmizin media cameəsi bu sayaq mənfi təmayüllərə hazır olmalıdır.

İclasda "Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun həbslərinin jurnalist fəaliyyətləri ilə heç bir əlaqəsinin olmadığı bir daha vurğulanıb. Mövcud xüsusda bildirilib ki, indiyədək "Sputnik"in peşə müstəvisindən uzaq hərəkətlərinə dair həm yerli, həm də beynəlxalq miqyasda bir sıra insidentlər qeydə alınıb.

İkincisi, ümumən Rusiyanın xaricdəki media özəklərinin Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyaları aparmaları düşünülmüş strategiya halını alıb.

Üçüncüsü, Azərbaycanın hüquq-mühafizə orqanlarının işi qanunvericiliyə uyğundur. Hazırda İ.Kartavıx və Belousovla bağlı istintaq aparılır. RJİ-nin, eləcə də Rusiyanın media cameəsinin ayrı-ayrı təmsilçilərinin istintaqın nəticələrini gözləmədən adları çəkilən şəxslərin saxlanılmalarını söz azadlığı müstəvisinə daşımaları jurnalistika standartları ilə manipulyasiya və beynəlxalq ictimai rəyi yanlış məlumatlandırmaq cəhdidir. Bu cəhdlərin isə heç bir faydası olmayacaq.

Eyni zamanda, bu cəhdlər onu göstərir ki, Rusiyada jurnalistlər əsassız yerə saxlanıldıqlarından, həbslə üzləşdiklərindən ölkənin media industriyasının təmsilçiləri üçün Azərbaycandakı durumun gerçək əsaslarının mövcudluğunu düşünmək çox çətindir. Onların mühakimələri ölkələrində gördükləri xoşagəlməz mənzərələrdən qaynaqlanır. Yaxşı olar ki, həmin mənzərələrin oxşarını Azərbaycanda axtarmaq və tapmaq kimi mənasız işə vaxt ayırmaqdan uzaq durub əsl həqiqətlərin açıqlanmasını gözləsinlər.

MŞ İdarə Heyətinin iclasında o da vurğulanıb ki, Rusiyanın media cameəsindəki anti-Azərbaycan yönümlü fikir daşıyıcıları ədalət prinsiplərinə kölgə gətirə bilməyəcəklərinin fərqinə varmalıdırlar. Belələri, ilk növbədə, Rusiyada söz azadlığına, jurnalist hüquqlarına aşkar həqarət hallarına cəbhə açmalıdırlar. Bunu bacarmayıb, Azərbaycana qarşı beynəlxalq miqyasda mənfi rəy formalaşdırmaq istəmələri kənardan gülünc görünür. Şuranın müraciətinə həqarətli münasibətlə yanaşan D.Kiselyova gəlincə, o, gülünc durumun bənzərsiz və təkrarsız mənfi personajından başqa bir şey deyil.

Paylaş

Xəbər lenti

Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Bu gün, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Bu gün, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Bu gün, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Bu gün, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Bu gün, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Bu gün, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Bu gün, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Bu gün, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Bu gün, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Bu gün, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Bu gün, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Bu gün, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Bu gün, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Bu gün, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Bu gün, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Bu gün, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Bu gün, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Bu gün, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Bu gün, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Bu gün, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Bu gün, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Bu gün, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Bu gün, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR