18-07-2025, 14:48 699

Azərbaycanlı milyonçu Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib

Azərbaycanda Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə davam etdirilib.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs həm ingilis, həm də fransızca tərcüməçi ilə təmin edilib.

Hakim yenidən təqsirləndirilən şəxsin anket məlumatlarını dəqiqləşdirib.

Prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Dövlət ittihamçısı ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama görə, Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan "SAUR" şirkətinin vitse-prezidenti Anass Derraz Azərbaycanəsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.

Adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli "Luna" yaxtasının həbsdən azad ediləcəyini, beynəlxalq sularda üzməyini təmin edəcəklərini bildiriblər. Bundan başqa, tərəflər Fərhad Əhmədovun özünün sanksiyalardan qorunacağını vəd ediblər.

Ümumilikdə 6 milyon 140 min dollar rüşvət verilməsi ilə bağlı razılıq əldə edilib.

Belə ki, 15 noyabr 2018-ci ildə 600 min ABŞ dolları, gəmi üzərində həbs qaldırılandan sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları Fərhad Əhmədovun tərəflərə verməsini razılaşdırıblar. Hər iki tərəf arasında məsləhət müqaviləsi imzalanıb.

F.Əhmədov Anass Derrazın "AL HILAL BANK"dakı hesabına 200 min dollar və Aleksandr Benallanın "BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR"dakı hesabına 400 min dollar köçürüb.

Anass Derraz Benallanın Fərhad Əhmədovdan rüşvət almasında köməklik etmədə ittiham olunur.

Anass Derraza ittihamın nəticəvi hissəsi tərcümə edilib, mahiyyəti izah edilib.

Hakim qeyd edib ki, DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, Anass Derraz 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Təqsirləndirilən müdafiəsini qurmaq üçün gələn proses ifadə vermək istədiyini bildirib.

Məhkəmə bunu təmin edilib, növbəti proses iyulun 31-i, saat 09:30-a təyin olunub.

Qeyd edək ki, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İntrerpola müraciət olunub.

İnterpolun Fransa prezidentinin Mühafizə Xidmətinin sabiq rəhbəri A.Benallanı ən ciddi hüquqi əsas olan "Red Notice" ("Qırmızı bülleten") əsasında beynəlxalq axtarışa verməsi DTX-nin əlində təkzibedilməz və mötəbər sübutların mövcudluğundan xəbər verir. "Qırmızı bülleten" şəxsin olduğu ölkədə tutulmasını və barəsində axtarış elan etmiş ölkəyə ekstradisiyasını nəzərdə tutur. A.Benallanın hazırda olduğu üçüncü ölkədə ekstradisiya proseslərinə cəlb edildiyi məlumdur.

Qeyd edək ki, bir müddət əvvəl İnterpol Fransa Respublikasının Prezidenti Emmanuel Makronun mühafizə rəisi Aleksandr Benallanı "Qırmızı bülleten"lə axtarışa verib. İnterpol Baş Katibliyi uzun prosedurdan sonra ümumi qərarla Fransa vətəndaşı Aleksandr Benallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprel ayında "Red Notice" ("Qırmızı bülleten") ilə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib.

Qərarın əsası DTX-də istintaqı aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub.

Paylaş

Xəbər lenti

Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR