31-07-2025, 22:48 699

Azad Mirzəcanzadə inkişaf proqramının ikinci axınının nəticələri açıqlanıb

Azad Mirzəcanzadə inkişaf proqramı böyük qürur və həyəcanla ikinci axının nəticələrini elan edib.

AVESTA.AZ xəbər verir ki, bu ilin fevral ayından etibarən yüzlərlə iştirakçı öz üzərində və layihələri üzərində yorulmadan çalışaraq qalib adını qazanmaq üçün mübarizə aparıb.

Bu il Azərbaycanın dörd bir yanından göndərilən çoxsaylı müraciətlər arasından 44 iştirakçı finala yüksəlib. Onların arasında həm komandalar, həm də fərdi iştirakçılar vardı. Yekun qiymətləndirmə nəticəsində 10 layihə qalib elan olunub. Bu təşəbbüslər təhsil, ekoloji problemlər, neft sənayesi, rəqəmsallaşma, kreativ sənayelər, media və digər vacib sahələrdə müsbət dəyişikliklərə ilham verir.

Qaliblər ölkənin müxtəlif şəhər və rayonlarını - Bakı, Sumqayıt, Qazax, Neftçala, Masallı, Lənkəran, Füzuli və Astaranı təmsil edirlər. Bu bir daha göstərir ki, inkişaf proqramı Azərbaycanın hər bir guşəsindən istedadlı gəncləri cəlb edir və onların cəsarətli, dəyərli ideyalarının reallaşmasına imkan yaradır.

Hər bir qalib layihəsini inkişaf etdirmək üçün 5 000 manatadək maliyyə dəstəyi alacaq. Bu vəsait ideyaların həyata keçirilməsinə və cəmiyyətə töhfə verən təşəbbüslərin başlanmasına xidmət edəcək. Maliyyə dəstəyindən əlavə, qaliblər təcrübəli peşəkarların dəstəyi, mentorluq və təlim imkanları ilə də təmin olunacaqlar. Bu təkcə maddi dəstək deyil - bu, davamlı inkişaf və uğur üçün güclü başlanğıcdır.

İkinci axının qalibləri və onların layihələri aşağıdakılardır:

- Afaq Yusifli və "İzzət" kino mükafatı layihəsi

Layihə Azərbaycanda qadınların kino sahəsindəki yaradıcı və peşəkar fəaliyyətini təşviq etmək üçün milli kino mükafatının təsis edilməsinə yönəlib.

- Nuray Əliyeva, Ramal Əsgərov və "CodeByte" layihəsi

CodeByte – zəif internet bağlantısı ilə belə proqramlaşdırmanı öyrənməyə imkan verən, yüklənə bilən video kurslardan ibarət təhsil platformasıdır.

- Ələkbər Hüseynzadə, Zəhra Qənbərova və "RoGreen" layihəsi

Layihə kənd yerlərində yaşayan sosial cəhətdən həssas qadınlara sifariş əsasında bitki və dekorativ məhsullar yetişdirməklə sosial sahibkarlıqla məşğul olmağa imkan yaradır. Məqsəd - davamlı gəlir mənbəyi və yaşıl iqtisadiyyatın inkişafına töhfə vermək.

- Pəri İbrahimova və "İdarəçi gənc" layihəsi

Layihə gənclərin liderlik və idarəçilik bacarıqlarını inkişaf etdirməyə yönəlib. Məqsəd - dövlət, bələdiyyə, QHT və vətəndaş cəmiyyətində fəaliyyət göstərə bilən məsuliyyətli gənclər yetişdirməkdir.

- Sərxan Talıbzadə və "WoocaBee" layihəsi

WoocaBee – xarici dillərin effektiv öyrənilməsi üçün təhsil platformasıdır.

Layihə oyun motivasiyası, süni intellektlə yaradılan tapşırıqlar və müxtəlif tədris paketlərinə əsaslanaraq dil öyrənmə prosesini dəstəkləyir. Əsas məqsəd - dil öyrənmənin açar elementi olan söz yaddaşını sistemləşdirməkdir.

- Məryam Axundova, Adil Səttarov, Rəsul Rəhimov və "MAPS" layihəsi

MAPS – süni intellekt və "arıqovanı" koordinasiyası ilə idarə olunan modullu dron sistemidir. u sistem təbii fəlakət və texnogen risk zonaları da daxil olmaqla, ekstremal və təhlükəli şəraitdə tikinti tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malikdir.ə

- Elnur Əlizadə və "MagOER" layihəsi

Layihə maqnit sahəsindən istifadə etməklə tükənməkdə olan neft yataqlarının işlənmə səmərəliliyinin artırılmasına yönəlib. Üsul ekoloji təmiz, iqtisadi cəhətdən səmərəli, enerjiyə qənaətcil və texnoloji baxımdan asanlıqla həyata keçirilə bilən müasir innovativ yanaşmadır.

- Aysel İbrahimova və "OpenScience Media Lab" layihəsi

Layihə ölkədə elmi kommunikasiya mədəniyyətinin gücləndirilməsinə və əhali arasında elmə marağın formalaşdırılmasına yönəlib. Eyni zamanda, bu layihə elmi düşüncə tərzinin və cəmiyyətdə baş verən hadisələrə şüurlu yanaşmanın inkişafına töhfə verir.

- Səidə Rəhimli və "CMC" layihəsi

Layihə fotokatalizatorlar və ferro-maqnit nanozərrəciklərdən istifadə etməklə dənizləri plastik və qeyri-organik tullantılardan təmizləyən süni intellekt əsaslı avtonom robotun hazırlanmasına yönəlib. Məqsəd dəniz ekosisteminin qorunması, çirklənmənin azaldılması və bu texnologiyanın Xəzər dənizində real şəraitdə sınaqdan keçirilməsidir.

- Maral Nəcəfli və "Rəqəmsal yaddaş xəritəsi" layihəsi

Layihə yaşlı nəslin həyat təcrübəsi və xatirələrinin rəqəmsal platforma vasitəsilə qorunmasına, nəsillərarası əlaqələrin möhkəmləndirilməsinə və sosial inteqrasiyanın artırılmasına yönəlib. Layihə foto, audio və video materiallardan ibarət əlçatan arxiv yaradaraq mədəni irsin qorunmasına və sosial təcridin azaldılmasına töhfə verir.

Xatırladaq ki, Azad Mirzəcanzadə inkişaf proqramı Azərbaycanda yaşayan, innovativ və sosial əhəmiyyətli təşəbbüsləri həyata keçirmək potensialına malik 18-35 yaşlı gənclərin dəstəklənməsinə yönəlib. Proqram iştirakçılara liderlik bacarıqlarını, sahibkarlıq düşüncəsini və sosial fəallığı inkişaf etdirmək üçün unikal imkanlar təqdim edir.

Proqram çərçivəsində iştirakçılar yalnız maliyyə dəstəyi ilə kifayətlənmirlər, onlar eyni zamanda layihə idarəçiliyi, ekspertlərlə effektiv əməkdaşlıq və mövcud resurslardan səmərəli istifadə bacarıqları qazanırlar.

Proqram sosial və biznes yönümlü müxtəlif sahələri əhatə edir. 2023-cü ildən bəri artıq iki axın baş tutub. Birinci axında 6 qalib seçilmişdisə, ikinci axında qaliblərin sayı artıq 10-a çatıb.

Artıq üçüncü axın üçün müraciətlərin qəbulu açıqdır. Əgər sizin dünyanı dəyişə biləcək bir ideyanız varsa, yeni çağırışlar və ambisiyaların reallaşması üçün müraciət edilə bilərsiniz.

Ətraflı məlumat və müraciət forması bu linkdədir:

Instagram

(https://www.instagram.com/azadm_ink_proqrami/)

Facebook

(https://www.facebook.com/share/1FJftvTb8k/?mibextid=wwXIfr)

LinkedIN (https://www.linkedin.com/company/azad-mirz%C9%99canzad%C9%99-i%CC%87nki%C5%9Faf-proqram%C4%B1/)

https://forms.gle/LCekqpwpKKSboAhD7

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR