5-08-2025, 16:48 813

Rüşvətlə plastik cərrahiyyə üzrə sertifikat verən vəzifəli şəxslərin məhkəməsi başlayır

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə BAKU.WS-ə Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.

İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməkçilik) və 32.5, 313 (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Sözügedən cinayət işindən qeyd edilən cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.

Paylaş

Xəbər lenti

Bakıda yaşayış binasında geclü yanğın Dünən, 23:48 Azərbaycanda bu təsərrüfatlar vergidən azad edilib - RƏSMİ Dünən, 23:48 Paris-2024: Azərbaycan idmançılarının qazandıqları medallar yenisi ilə əvəz edilib Dünən, 23:48 Bakı metrosunda yeni QADAĞA Dünən, 23:48 Tofiq Musayev: Azərbaycan islamofobiya ilə mübarizədə beynəlxalq səylərə töhfə verməkdə davam edir Dünən, 23:48 Sürücülər üçün pis xəbər Dünən, 23:48 Dünya futbolunda məşhur olan terapiya: Azərbaycan klublarında niyə yoxdur? Dünən, 22:48 Ombudsman Vardanyanın böhtanlarına cavab verdi Dünən, 22:48 Bu it cinslərini mənzildə saxlamaq TƏHLÜKƏLİDİR Dünən, 22:48 Ermənistan müxalifəti baş nazir postuna Köçəryanın namizədliyini irəli sürüb Dünən, 22:48 Böyrəklərin funksiyasını itirməyə başladığı yaş açıqlanıb Dünən, 22:48 Bred Kuper: Hörmüz boğazında 100 İran gəmisi batırılıb Dünən, 21:48 Qanunsuz balıq ovu ilə bağlı XƏBƏRDARLIQ Dünən, 21:48 Günəşdə güclü partlayış: Yerə təsiri ola bilər Dünən, 21:48 Bakıda mənzillərin kirayə qiymətləri ARTIB Dünən, 21:48 Qanunsuz qumar oyunlarından 41 milyon manat əldə etdilər, məhkəməlik oldular Dünən, 20:48 Yaşayış yeri üzrə qeydiyyata düşərkən ödəniş etmək lazımdır? Dünən, 20:48 Aİ kiberhücumlara görə İran və Çinə sanksiyalar tətbiq edib Dünən, 20:48 Tramp Yaxın Şərqdə müharibə bitdikdən sonra neft qiymətlərinin kəskin düşəcəyini gözləyir Dünən, 20:48 Samir Nuriyev Xocavənddə iclas keçirdi Dünən, 20:48 "Çelsi" Abramoviç dövründəki pozuntulara görə 10,75 milyon cərimələndi Dünən, 19:48 "Google" süni intellekt əsaslı tibbi məsləhət funksiyasını dayandırdı Dünən, 19:48 İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü Dünən, 19:48 Günəşdə güclü alışma baş verib Dünən, 19:48 Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq Dünən, 19:48 Əgər uşağınızda bu əlamətlər varsa - "Böyüyəndə keçər" deməyin! Dünən, 19:48 Beynəlxalq axtarışda olan şəxs ölkəmizə ekstradisiya edilib Dünən, 19:48 Hikmət Hacıyev Azıx mağarası ilə bağlı paylaşım edib Dünən, 18:48 Paytaxtda 20 istiqamətdə sıxlıq var Dünən, 18:48 İrandan daha 9 nəfər Azərbaycana təxliyə olunub Dünən, 18:48 SEPAH "Gerçək vəd 4" əməliyyatının növbəti dalğasını həyata keçirib Dünən, 18:48 Biləsuvarda məktəb problemi: Şagirdlər təhsil üçün yeddi kilometr yol gedəcəklər? Dünən, 18:48 I sinfə elektron qeydiyyatla bağlı valideynlərə MÜRACİƏT Dünən, 17:48 XƏBƏRDARLIQ - Sabahdan hava PİSLƏŞİR... Dünən, 17:48 ADSEA: Bayram günlərində suyun kəsilməməsi üçün bütün tədbirlər görüləcək Dünən, 17:48 Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alınıb Dünən, 17:48 Xocavəndin Qırmızı Bazar qəsəbəsindəki günəbaxan yağları zavoduna baxış keçirilib Dünən, 17:48 İran İsrailin silah zavodlarına zərbələr endirib Dünən, 17:48 Bu Universitet işçilərinə 400-500 manat BAYRAM PULU VERDİ Dünən, 17:48 Dövlət xidmətinin adından saxta kurslar təşkil olunub - XƏBƏRDARLIQ Dünən, 17:48 Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək Dünən, 16:48 Sabah Ağdaşda 5 minə yaxın abonentin qazı kəsiləcək Dünən, 16:48 Bakıda və Abşeronda duman müşahidə olunur Dünən, 16:48 Dövlət Xidməti Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısını alıb Dünən, 16:48 SOMDA rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO Dünən, 16:48 Bu qəsəbələrdə yaşayan keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 16:48 Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub Dünən, 16:48 İndiyədək azad edilmiş ərazilərdə 41 yaşayış məntəqəsi istifadəyə verilib Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR