5-08-2025, 23:48 987

Göyçayda istirahət mərkəzində müştəri kababı bəyənmədi: Ofisiantı DÖYDÜ

Göyçay rayonunda istirahət mərkəzində mübahisə dava ilə nəticələnib.

AVESTA.AZ Demokrat.az-a istinadən xəbər verir ki, hadisə rayonunun Kürdşaban kəndində yerləşən "Murad" istirahət mərkəzində baş verib.

Ucar rayon sakini, 1987-ci il təvəllüdlü Nuran xuliqanlıq niyyəti ilə ictimai qaydalara etinasızlıq göstərib. O, heç bir səbəb olmadan istirahət mərkəzinin işçisi Tacəddinin ünvanına söyüş söyüb, eləcə də əli ilə sifət nahiyəsindən qəsdən vurub və ona qarşı zor tətbiq edib.

Hadisəni törədən Nuranın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Nuran ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ucar rayonunun Bağman kəndində yaşayır:

"Anar və qaynım Faxrət ilə yaşadığımiz kəndə görüşdük və birlikdə idarə etdiyim avtomobillə Göyçay rayonunun Kürdşaban kəndində "Murad" ailəvi istrahət mərkəzinə getdik. Orada hər üçümüz spirtli içki qəbul etdik. Sonuncu sifarişlərimiz 1 şiş böyrək kababı oldu. Lakin kabab gətiriləndə şişdə 3 ədəd piy içərisində böyrək, 2 ədəd də ciyər qoyulduğunu gördük. Mən buna narazı oldum, kafenin mətbəxinə gedərək kababçı işləyən şəxsə niyə istədiyim formada kabab göndərməməsini dedim. Aramızda sadəcə söhbət oldu. Sonra gəlib öz yerimə əyləşdim. Həmin vaxt heç bir dava-dalaş olmadı. Bir qədər sonra hesabı vermək üçün ofisianta yaxınlaşdım. Anar və Faxrət isə avtomobilə doğru getdilər. Mən hesabı ödədim. Orada kababın yaxşı olmadığını və ofisiant işləyən Tacəddinə də son gətirilən kababı xoşlamadığımı bildirdim. Tacəddin isə dedi ki, yesən də, yeməsən də budur. Tacəddin bu sözü dedikdən sonra aramızda mübahisə başladı. Mübahisə zamanı səs-küy oldu və bir-birimizi vurduq. Bundan sonra orada olan şəxslər bizi araladılar".

Bu cinayət işinə Zərdab Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə müttəhim 2 500 manat miqdarında cərimə olunub.

Paylaş

Xəbər lenti

Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq? Bu gün, 21:48 Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı Bu gün, 21:48 Tramp Vaşinqtonda qolf meydançasının fırtına nəticəsində dağıldığını bildirib Bu gün, 21:48 Zelenskidən Krım körpüsünün tamamilə dağıdılması barədə göstəriş Bu gün, 21:48 Parisin hava limanlarının əməkdaşları tətil keçirəcəklər Bu gün, 20:48 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" Bu gün, 20:48 Nenad Laloviç Azərbaycan Güləş Federasiyasının fəaliyyəti ilə tanış olub Bu gün, 20:48 İranın "Buşehr" AES-in birinci enerji bloku yenidən şəbəkəyə qoşulub Bu gün, 20:48 Vəkil: Ali Məhkəmə körpənin ölümü ilə bağlı əvvəlki məhkəmədə pozuntular aşkar etdiyi üçün yeni qərar qəbul edib Bu gün, 19:48 Almaniya Ukrayna ilə hərbi-texniki əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcək Bu gün, 19:48 İranda SEPAH-la əlaqəli olduğu bildirilən din xadimi güllələnərək öldürüldü Bu gün, 19:48 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Bu gün, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Bu gün, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Bu gün, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Bu gün, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Bu gün, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Bu gün, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Bu gün, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Bu gün, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Bu gün, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Bu gün, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Bu gün, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Bu gün, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Bu gün, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Bu gün, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Bu gün, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Bu gün, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 16:48 Azərbaycanda şair vəfat etdi Bu gün, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Bu gün, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR