
Bakının Biləcəri qəsəbəsində uşaq bağçasının ərazisində tülkü görünməsi ilə bağlı qurumdan açıqlama bildirilib.
298 nömrəli körpələr evi-uşaq bağçasından AVESTA.AZ-ə bildirilib ki, qeyd olunan məsələnin müvafiq qaydalar çərçivəsində həll olunması üçün aidiyyəti qurumlara məlumat veriləcək.
***16:48
Bakının Biləcəri qəsəbəsində uşaq bağçasının ərazisində tülkü peyda olub.
Bu barədə şikayət AVESTA.AZ-in "qaynar xətti"nə göndərilib.
Bildirilib ki, söhbət 298 saylı körpələr evi-uşaq bağçasından gedir. Görüntülərdən də aydın olur ki, tülkü bağçanın damında dolaşır.
"Bu ordakı uşaqların və işçilərin həyatı üçün təhlükəlidir", - deyə şikayətçi vurğulayıb.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.