
"Hacıqabul Rayon Mərkəzi Rayon Xəstəxanası" publik hüquqi şəxsin (PHŞ) direktoru cərimələnib.
BAKU.WS Musavat.com-a istinadən xəbər verir ki, xəstəxana binasında maye tullantılarının plastik borularla ətraf mühitə axıdılması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən aşkar edilib.
Bu səbəbdən PHŞ-nin direktoru inzibati qaydada cərimələnib.
Xəstəxana direktoru iki min manat cərimə olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.