12-08-2025, 18:48 291

Uşaqlar üçün düzgün məktəb çantası necə seçilməlidir? - Ekspertdən vacib məsləhətlər

Düzgün seçilmiş məktəb çantası həm rahat, həm də sağlamlıq üçün təhlükəsiz - möhkəm formalı və kifayət qədər sərt kürək hissəyə malik olmalıdır.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı osteopat həkim Dmitri Simkin danışıb.

Onun sözlərinə görə, valideynlərin ən çox buraxdığı səhvlərdən biri uşağa formasız, yumşaq parça çantalar almaqdır.

"Belə çantalar əsgər torbasını xatırladır və daimi istifadədə çiyin qurşağına həddindən artıq yük salır, boyun və kürək ağrılarına, uzun müddətdə isə qamət əyriliyinə səbəb ola bilər. Bu, məşhur idman markalarının yumşaq modellərinə də aiddir", - deyə o izah edib.

Ekspert bildirib ki, ən yaxşı seçim sıx, anatomiya uyğun kürək hissəsi olan modellərdir.

"Belə çantalar onurğanın döş qəfəsi və bel nahiyəsindəki təbii əyrilərini təkrarlayır, rahat oturur və yükü bərabər paylayır. Daha ağır əşyaların (dərslik, planşet və s.) arxa hissəyə yaxın yerləşdirilməsi üçün daxili cibləri olan modellərə üstünlük verilməlidir. Bu, çantanın bədənə sıx oturmasını və onurğaya düşən yükün azalmasını təmin edir.

Diqqət yetiriləcək digər məqamlar - çantanın dərinliyi çox böyük olmamalıdır. Çox dərin modellər formasını pis saxlayır, arxaya çəkərək uşağı irəli əyilməyə məcbur edir. Hündürlük və enə dair tələblər daha yumşaqdır, əsas odur ki, uşaq özünü rahat hiss etsin".

Simkin əlavə edib ki, çanta həmişə bel səviyyəsində olmalı, aşağı sallanmamalıdır.

"Çanta kəmərinin boş buraxılması vərdişi qamətin pozulmasına gətirib çıxarır, çünki bu vəziyyətdə uşaq qeyri-ixtiyari olaraq irəli əyilir, çiyinlər isə içəri doğru yığılır", - deyə ekspert sözlərini yekunlaşdırıb.

Paylaş

Xəbər lenti

Taylanda səyahət etmək istəyənlərin NƏZƏRİNƏ - Viza ilə bağlı dəyişiklik edilir Bu gün, 17:48 Cəbrayılda siqaret istehsal ediləcək Bu gün, 17:48 Azərbaycana xəstə heyvanların gətirilməsinin qarşısı alındı Bu gün, 17:48 Serenay Sarıkaya bu adaya köçür Bu gün, 17:48 Bakıda "InVision Design Talks BAKU 2026" keçirilib Bu gün, 17:48 Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb Bu gün, 17:48 Deputat "TikTok"a nəzarətin gücləndirilməsini təklif edib Bu gün, 17:48 Kibercinayətkarlıqda ittiham olunan şəxslərə hökm oxunub Bu gün, 17:48 Ermənistanda revanşistlər yenidən hakimiyyətə gəlsə, Azərbaycan necə davranacaq? Bu gün, 17:48 Futbolçuda xərçəng aşkarlandı - Həkim xəstəliyi "Xəyanətkar" adlandırdı Bu gün, 17:48 Elektron siqaretlərlə bağlı QƏRAR İMZALANDI Bu gün, 17:48 SOCAR Daşkənddə keçirilən OGU2026 sərgi-konfransında pavilyonu ilə iştirak edir Bu gün, 16:48 WUF13-ün "Media mərkəzi"ndə eyni vaxtda 400 media nümayəndəsi işləyə bilər Bu gün, 16:48 Pentaqon Ay şəkillərindəki UNO-ların "real obyekt" olduğunu açıqladı Bu gün, 16:48 Nazirlikdən hantavirusla bağlı AÇIQLAMA Bu gün, 16:48 Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır Bu gün, 16:48 Joze Mourinyo yenidən "Real Madrid"in baş məşqçisi oldu - Rəsmi açıqlama olacaq Bu gün, 16:48 Fransız futbolçu eskort qızlar üçün furqon almaqda ittiham olundu Bu gün, 16:48 Bakıda Prezident İlham Əliyevin sülh strategiyasına həsr olunan dəyirmi masa keçirilib Bu gün, 16:48 Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin bəzi detalları məlum olub Bu gün, 16:48 "Simpsonlar" hantavirus yayılmasını illər əvvəl proqnozlaşdırıb? - Şok İDDİA Bu gün, 16:48 Bakıda bütün avtobuslar və taksilər metro ilə birləşdirilir? - Sədr AÇIQLADI Bu gün, 16:48 Qocalmağın qarşısını almaq üçün bunu müntəzəm olaraq edin Bu gün, 16:48 Yurd həsrəti bitən şəhid ailəsi: "Evlərimiz yandı, amma inanırdıq ki, qayıdacağıq..." Bu gün, 16:48 Farah Zeynep Abdullahın bu görüntüləri sevənlərini qorxutdu Bu gün, 16:48 Həkim açıqladı: İnək südü kimlər üçün zərərli ola bilər? Bu gün, 16:48 Vüsalədən sənət adamlarına: "Mikrofonu sönüb, əli-ayağı dolaşıb bir-birinə..." Bu gün, 15:48 Avropanın ən gözəl yeni otellərinin adları açıqlandı - SİYAHI Bu gün, 15:48 Rusiya prezidentindən alman dili müəlliminə JEST Bu gün, 15:48 Yusuf Güney azadlığa buraxıldı Bu gün, 15:48 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub Bu gün, 15:48 "Survivor Yunanıstan"da bədbəxt hadisə: İştirakçının ayağı kəsildi, yarışma dayandırıldı Bu gün, 15:48 Billi Ayliş karyerasını bitirir? Bu gün, 15:48 Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ Bu gün, 15:48 Kıvanç Tatlıtuğ həyatdakı ən böyük uğurunu açıqladı Bu gün, 14:48 Lökbatanda yanan anbar kimə məxsusdur? - Daha bir şirkətdən AÇIQLAMA Bu gün, 14:48 Diplomatik xidmət orqanı əməkdaşlarının pul mükafatı ləğv olunur Bu gün, 14:48 Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM Bu gün, 14:48 Paytaxtda piyada keçidlərindəki eskalatorlar BŞİH-in balansına verilir Bu gün, 14:48 Bakıda 50-yə yaxın ünvandakı 177 eskalator yenilənəcək Bu gün, 14:48 Azərbaycanda hantavirusun yayılma riski yüksəkdir? - ÜST açıqladı Bu gün, 14:48 Diplomatların hərbi xidmətə çağırılmasına dair dəyişikliklər ilk oxunuşda qəbul olunub Bu gün, 14:48 Gürcüstanın yeni Katolikos-Patriarxı taxta çıxıb Bu gün, 14:48 Kia Azərbaycan "Qızıl Açar" lotereyasına start verdi Bu gün, 14:48 Xocavənd rayonuna köçürülən daha 18 ailəyə açarlar təqdim edilib Bu gün, 14:48 İqtisadiyyat Nazirliyi və SOCAR BP ilə enerji əməkdaşlığına dair Anlaşma Memorandumu imzalayıblar Bu gün, 14:48 Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4 Bu gün, 14:48 Hörmüz Boğazında son 9 gündə ən yüksək gəmi keçidi qeydə alınıb Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR