
"Fənərbağça"nın transfer danışıqları apardığı ispaniyalı futbolçu Marko Asensio İstanbula gəlib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb.
Bildirilib ki, Asensio şəxsi təyyarə ilə Sabiha Gökçen Hava Limanının Ümumi Aviasiya Terminalına gəlib və klub rəsmiləri tərəfindən qarşılanıb.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi "Malyorka", "Real Madrid", "Espanyol", "Aston Villa" və "Paris Saint-Germain" kimi klublarda çıxış edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.