
Gəncə şəhərində elektrik dirəyinə çarpılan avtomobil yanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, şəhər ərazisində “Chevrolet” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.