2-09-2025, 22:48 323

Hindistandan qəbulolunmaz davranış: Azərbaycana qarşı qərəzin səbəbi nədir?

Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini yenidən bloklayıb.

Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən analoji yanaşma nümayiş etdirib. Hindistanın ermənipərəst mövqeyini, Ermənistanı dəfələrlə hücum silahları ilə silahlandırdığını, həmçinin Azərbaycan və Pakistanın sıx əlaqələri nəzərə alsaq, Yeni Delhinin atdığı addımın qərəzli, çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay ruhu"na zidd olduğunu görərik. Həmçinin bu mövqe Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında tamhüquqlu üzvlüyünə qarşı çıxması çoxtərəfli beynəlxalq qurumun əsas təsis sənədi olan Xartiyasına uyğun gəlmir:

"Təşkilatın məqsəd və vəzifələrini müəyyən edən Xartiyanın 1-ci maddəsində göstərilir ki, onun əsas məqsədləri dövlətlər arasında qarşılıqlı etimadın, dostluğun və mehriban qonşuluğun möhkəmləndirilməsi, sülhün, təhlükəsizliyin və sabitliyin qorunub-saxlanılması, yeni demokratik, ədalətli və rasional siyasi və iqtisadi beynəlxalq nizamın qurulmasına kömək etmək məqsədilə əməkdaşlığın inkişaf etdirilməsi, üzv dövlətlərin beynəlxalq öhdəliklərinə və onların milli qanunvericiliyinə uyğun olaraq insan hüquq və əsas azadlıqlarının təşviq edilməsindən ibarətdir. Bu fundamental məqsədlərin əleyhinə olaraq, Hindistan qeyri-konstruktiv, diplomatik müstəvidə qəbulolunmaz bir davranış nümayiş etdirir".

"Xatırladım ki, Hindistandan fərqli olaraq, Çin Xalq Respublikasının rəhbərliyi ölkəmizin təşkilata üzvlüyünü birmənalı olaraq dəstəkləyib və onun "Şanxay ruhu" prinsiplərinə uyğun olduğunu bildirib. Hər hansı bir problemi rəhbər tutaraq, Hindistan tərəfindən çoxtərəfli beynəlxalq əməkdaşlığa əngəllər yaradılması ümumiyyətlə diplomatiya sahəsində qəbul edilməyən və təşviq olunmayan davranışdır və BMT-nin Baş Assambleyası tərəfindən 24 oktyabr 1970-ci il tarixində 2625 (XXV) saylı qətnamə ilə qəbul edilmiş "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq Dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlığa dair beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamənin" kobud formada pozulmasıdır", - deyə millət vəkili vurğulayıb.

Parlamentari əlavə edib ki, Hindistanın mövqeyi Azərbaycanın Pakistan ilə qardaşlıq münasibətləri ilə bağlıdır:

"Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan beynəlxalq müstəvidə həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın tərəfdarı olması və bu istiqamətdə fəaliyyətini səmərəli şəkildə həyata keçirməsi ilə yanaşı, suveren dövlət olaraq heç bir halda imkan verməyəcək ki, kimlərsə ölkəmizə qarşı təzyiq etsinlər".

Paylaş

Xəbər lenti

DÇ-2026-da ən bahalı yığma komanda hansıdır? Bu gün, 17:48 Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub Bu gün, 17:48 Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb Bu gün, 17:48 Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb Bu gün, 16:48 İİTKM rəsmisi: "Yeni Dövlət Proqramı aqrar sektorda bütöv dəyər zəncirinin qurulmasına xidmət edir" Bu gün, 16:48 Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib Bu gün, 16:48 Suşi sevənləri məyus edən xəbər: Düzgün hazırlanmaması hansı xəstəliklərə səbəbdir? Bu gün, 16:48 Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb Bu gün, 15:48 Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 % artıb Bu gün, 15:48 Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib Bu gün, 15:48 Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb Bu gün, 14:48 Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır Bu gün, 14:48 May ayının son gününə olan hava proqnozu açıqlanıb Bu gün, 14:48 Gürcüstanda iki ölkənin xeyrinə casusluq edən QHT rəhbəri həbs olunub Bu gün, 13:48 Sərhəddə ƏMƏLİYYAT: Narkotik və yüzlərlə psixotrop həb ələ keçirildi Bu gün, 13:48 Yaponiyalı alimlər xroniki yorğunluğu B qrupu vitaminlərinin çatışmazlığı ilə əlaqələndiriblər Bu gün, 13:48 İlham Əliyev Zoran Milanoviçi təbrik edib Bu gün, 12:48 "Subway Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları üçün KVN gecəsinə səfər təşkil edib Bu gün, 12:48 Bu gün böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğum günüdür Bu gün, 12:48 Azərbaycana Yaxın Şərqdən turist axını 14 % azalıb Bu gün, 12:48 Rusiya Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb Bu gün, 11:48 Ağdərədə itkin düşən ailəyə aid olduğu ehtimal edilən sümük fraqmentləri tapılıb Bu gün, 11:48 Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb Bu gün, 11:48 Qəbələdə güclü külək və dolu bir sıra fəsadlara səbəb olub Bu gün, 11:48 Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi Bu gün, 10:48 Azərbaycan manatının nominal və real effektiv məzənnələri apreldə azalıb Bu gün, 10:48 Şotlandiyanın musiqi qrupu Ağ Evə qadağa qoydu Bu gün, 09:48 Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib Bu gün, 09:48 UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək Bu gün, 09:48 Bu yolda sürücülər böyük çuxura düşür Bu gün, 00:48 Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub Bu gün, 00:48 San-Pauluda Azərbaycan bayrağı göydələnlərdə proyeksiya edildi Bu gün, 00:48 Bakı metrosuna yüz milyon dollarlıq vəsait ayrıldı Dünən, 23:48 İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..." Dünən, 23:48 Bu yola iri ağac aşıb - Yol polisindən XƏBƏRDARLIQ Dünən, 23:48 XƏBƏRDARLIQ: Bakıya və Abşeron yarımadasına dolu yağması ehtimalı var Dünən, 23:48 Oğuzda güclü külək ağacı aşırıb, 15 kənd işıqsız qalıb Dünən, 23:48 Küləkli hava sağlamlığa necə təsir edir? - Bunları bilməlisiniz Dünən, 22:48 FAKTİKİ HAVA: Bir çox rayonlara dolu düşüb, intensiv yağıntı müşahidə edilir Dünən, 22:48 Su-kanalizasiya işləri apardılar, asfalt qatını təmir etməyi unutdular Dünən, 22:48 Bəqai: İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb Dünən, 22:48 İçərişəhərdə Qarabağ mədəniyyətinə həsr edilmiş festival təşkil olunub Dünən, 22:48 Orta əsr Şərqinin türk mütəfəkkirləri Dünən, 21:48 Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb Dünən, 21:48 Əlavə mərtəbələrə görə ev sahibi sayılmırlar: MTK ofisində GƏRGİNLİK Dünən, 21:48 Berqe: Azərbaycan Xalq Cümhuriyyəti bir çoxlarından əvvəl qadınlara səsvermə hüququ verib Dünən, 21:48 Abituriyentlər ilk imtahanın nəticəsi açıqlanmadan, ikinci cəhd üçün niyə qeydiyyatdan keçməlidir? Dünən, 21:48 Xankəndidə istehsal gücü illik 25 milyon cüt iş əlcəyi olan müəssisə fəaliyyətə başlayıb Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR