8-09-2025, 17:48 316

Fransaya casusluqla ittiham olunanlarla bağlı yeni faktlar ortaya çıxıb

Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

AVESTA.AZ Oxu.Az-a istinadə xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan məhkəmədən əlavə söz istəyib. Məhkəmə təqsirləndirilənə söz imkanı yaradıb.

Martin Ryan Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri barədə bildirib: "Mənim görüşlərim gizli olmayıb. Normal görüşlərimiz olub. Görüşdüyümüz məkanlar da açıq şəkildə olub. Həmin görüşlər gizli olsaydı, məkanlar da açıq şəkildə olmazdı".

Daha sonra hakim təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəni elan edib. Məlum olub ki, Azad Məmmədli bakalavr təhsilini Rusiyada alıb və magistr təhsilini Fransada başa vurub. İşləmək üçün Türkiyəyə gəlsə də, iş tapmadığı üçün ölkəyə qayıdıb. Daha sonra Moskvada təcrübəçi kimi iki ay hüquqşünas kimi şirkətlərin birində çalışıb. Sonra Fransada İT şirkətində müqavilələr üzrə mütəxəsis vəzifəsində çalışsa da, burada əməkdaşlığı uzun sürməyib və o, yenidən ölkəyə qayıdaraq bankların birinin Hüquq departamentində çalışıb. Onun burada da əməkdaşlığı uzunmüddətli olmayıb və o, yenidən xarici ölkələrə gedərək orada çalışıb.

Azad Məmmədli ifadəsində qeyd edib ki, fransız dilini təkmilləşdirmək üçün "28 May" metrosunun yanında yerləşən kursa gedib: "Bir müddət sonra həmin kursda fransız dilini mənə tədris edən Z.M.-lə dostlaşdıq. Sonra bulvarda gəzərkən Z.M.-lə rastlaşdım. Həmin görüş zamanı Z.M. Martin Ryanla məni tanış etdi və mənim onun tələbəsi olduğumu Martinə dedi. Tanışlıqdan sonra kafedə görüşdük. Azərbaycanda və Fransada iş tapılması məsələlərindən danışdıq. Bir müddət sonra Martin mənə zəng edərək öz evində baş tutan qonaqlığa dəvət etdi. Həmin qonaqlıq zamanı mən Frederik Devosla tanış oldum. Həmin tanışlıq nəticəsində mənim Frederik Devosla görüşüm baş tutub. Frederik Devos mənim Rusiyada aldığım təhsillə və siyasi analiz qabiliyyətimlə maraqlanırdı. Növbəti görüşdə Devos mənimlə Azərbaycan-İran, Azərbaycan-Ermənistan münasibətləri, casus şəbəkələri, "Hüseynçilər" qruplaşması barədə söhbət edib.

Azad Məmmədlinin istintaqa verdiyi ifadəsinə görə, o, Loran Qrardla tədbirlərin birində tanış olub: "Onunla tanış olduqdan sonra məndən keçirilən bütün tədbirlərdə iştirak etməyimi istədi. Mən onunla görüşdüm. Görüş zamanı masa üzərində olan qələmi götürməyimi, həmin qələmdə olan elektron poçt ünvanına yazmağımı istədi. Lakin mən qələmi götürmədim və ona yazılı məlumat verməyəcəyimi bildirdim. Sonra o mənə "Siqnal" tətbiqini yükləməyimi istədi. Mənim Loranla növbəti görüşüm zamanı o mənə kitab hədiyyə etdi. Həmin kitabın son səhifəsində elektron poçt ünvanı qeyd edilmişdi. O mənə fikrimi dəyişəcəyim halda, həmin poçta yazmağımı istədi. Lakin mən bunu qəti şəkildə rədd etdim".

Azad Məmmədli ifadəsində daha sonra bildirib ki, Loran Lödi ilə Fransa səfirliyinin təşkil etdiyi tədbirdə tanış olub: "Tədbirdə söhbət etsək də, o mənə çalışdığı yer barədə məlumat vermədi".

Oktyabrın 1-də keçirilməsi nəzərdə tutulan növbəti prosesdə təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadənin davamı elan ediləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. DTX tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR