15-09-2025, 08:48 686

Ötən həftə Biləcəri qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi şok effekti yaratdı. İritonnajlı "KamAZ" markalı avtomobilin körpüdən digər maşının üstünə aşması nəticəsində sürücü də daxil olmaqla üç nəfər həyatını itirdi. Bir necə nəfər isə ağır bədən xəsarəti aldı. Bir neçə ay əvvəl Heydər Əliyev prospektindəki Bağırov körpüsünün ətrafında "uçan taksi" hadisəsi yaddaşlardan silinməmiş, indi daha betəri - faciə ilə nəticələnən qəza adamlara göz dağı oldu.

"Tək bu hadisə deyil ki. O yolda bilirsiniz nə qədər maşınlar aşıb, nə qədər faciələr yaşanıb?"; "Səhər saat 10-da o yük maşınının şəhərdə nə işi vardı?"; "Kim zəmanət verir ki, Biləcəridəki hadisə sabah sənin, mənim başıma gəlməyəcək?"; "Əksər yük maşını sürücüləri maşını çox aqressiv idarə edirlər"; "Niyə o döngənin sərtliyi nəzərə alınıb radar quraşdırılmayıb?"- deyə sosial şəbəkələrdə yazılan çoxsaylı status və rəylər problemin əslində kompleks həllər tələb etdiyini göstərdi.

Həqiqətən də problem artıq tam ciddiliyi ilə həllini gözləyir. Tək hadisə baş verən ərazidə deyil, digər yerlərdəki körpülərdə də belə hadisələrin təkrarlanmaması üçün addımlar atılmalıdır. Hamını həyəcanlandıran suallara verilən cavablar isə göstərir ki, bu ağır qəzanın hansı səbəbdən baş verməsini uzun müddət araşdırmağa ehtiyac olacaq.

AVESTA.AZ mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Heç bir qurum məsuliyyəti üzərinə götürmür

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov "qeyd etdiyiniz suallar NİİM-in səlahiyyətlərinə aid deyil", - deyə sualları bir cümlə ilə cavablandırdı.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) da oxşar cavabı verdi: "Bizə aid olan məsələ deyil. Biz nəqliyyatı tənzimləyirik, körpülər bizim quruma aid deyil".

Digər aidiyyəti qurum - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) isə telefonlara ümumiyyətlə cavab verən tapılmadı.

Qəza ilə bağlı cinayət işi başladılıb

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəzanın səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı cinayət işi başladılıb, bütün zəruri ekspertizalar təyin olunub və istintaq tədbirləri davam etdirilir: "Binəqədi rayonu ərazisində baş vermiş ağır yol-nəqliyyat hadisəsi üç nəfərin həyatına son qoyub, bir neçə nəfər isə xəsarət alıb. İlkin araşdırmalara görə, yük avtomobili körpüdə idarəetməni itirərək aşıb və dayanmış minik avtomobilinin üzərinə düşüb".

BDYPİ-dən bildirilib ki, belə halların qarşısını almaq üçün sürücülər hər zaman daha diqqətli olmalı, xüsusilə sərt döngələrdə, enişli və körpü sahələrində sürəti azaltmalı, idarəetməyə tam nəzarəti təmin etməlidirlər: "Eyni zamanda, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığının yoxlanılması həyati əhəmiyyət daşıyır. Unutmayaq ki, yolda hər kəsin təhlükəsizliyi bir-birimizin məsuliyyətli davranışından asılıdır. Hər qaydaya əməl etmək - həm öz həyatımızı, həm də digər insanların həyatını qorumağın ən etibarlı yoludur".

"Nəzarət tədbirləri gücləndirilməlidir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev hesab edir ki, belə qəzaların qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilməlidir: "Körpülərdə baş verən qəzalar bir daha göstərdi ki, yol hərəkətinin təhlükəsizliyi daim gündəmdə olmalı, nəzarət mexanizmi gücləndirilməlidir. Hesab edirəm ki, ən əsas məsələ sürücülərin məsuliyyətidir. Dövlət qurumlarının koordinasiyalı fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir.

Körpülərə nəzarət və tənzimləmə məsələsinə ayrı-ayrılıqda yanaşmaq lazımdır. İlk növbədə yük avtomobillərinin texniki vəziyyətinə nəzarət gücləndirilməlidir. Şirkətlərə məxsus avtomobillər şirkətlərin özləri tərəfindən yoxlanılmalı, həm texnikaya, həm sürücülərin özlərinə güclü nəzarət olmalıdır. Qanunvericiliyin tələbinə uyğun olaraq texniki baxış ilk növbədə sahibkarın öz marağında olmalı, formal xarakter daşımamalıdır. Real təhlükəsizlik göstəriciləri əsas götürülməlidir".

Millət vəkilinin fikrincə, körpülərdə sürət hədlərinin real vəziyyətə uyğunlaşdırılması, radar və müşahidə sistemlərinin tətbiqi, infrastruktur baxımından körpülərin kənarında qoruyucu sədlərin möhkəmləndirilməsi vacibdir, lakin mühəndislik yanaşması, hüquqi mexanizmlər, nəzarət tədbirləri - hamısı bir yerdə olmalıdır. A.Nağıyev sürücülük məsuliyyətini də önə çəkdi: "Əvvəllər böyük yük maşınlarını təcrübəli sürücülərə həvalə edirdilər. Hazırda isə görürük ki, dünən sürücülük hüququ əldə edən şəxs bu gün iritonnajlı avtomobili idarə edir. Öncə sürücülərin özlərini məsuliyyətə çağırmaq lazımdır. Hadisədən nəticə çıxarmalı, ortaya təkliflər qoyulmalıdır. Hesab edirəm ki, bu istiqamətdə profilaktik addımlar atılacaq. Təhlükəsizlik məsələsində heç vaxt güzəştə getmək olmaz".

Ekspert körpülərdə sürət həddinin aşağı salınmasını təklif edir

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, qəza baş verən ərazidə əvvəllər də belə hadisələr olub: "Bu yerdə çox qəza baş verir. Ümumiyyətlə, elə döngələr var ki, avtomobil oradan hərəkət edərkən nəqliyyat vasitəsi yoldan aşmağa doğru meyillənir. Bu, fizikanın qanunudur. Mərkəzdənqaçma qüvvəsi yaranırsa, müəyyən tədbirlər görərək onun qarşısını almaq lazımdır. Görüləcək əsas tədbirlərdən biri sürət həddini aşağı salmaqdır". Ekspertin sözlərinə görə, qəzanın baş verdiyi yer körpü deyil, yoldur: "Geridə tunel, irəlidə körpü var. Orada xəbərdarlıq nişanları, yerdə üfüqi nişanlama, maneə tətbiq edilə bilər. Yollarımızda nişanlar azdır. Bəzən kilometrlərlə gedirsən, yol nişanlarına rast gəlmirsən. Nişanlar qəzaların qarşısını almağa kömək edir".

Paylaş

Xəbər lenti

Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR