18-09-2025, 16:48 5287

Sentyabrın 18-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşkilatçılığı ilə "Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış" mövzusuna həsr olunan forum keçirilib.

AVESTA.AZ Azərtac-a istinadən xəbər verir ki, Anım Gününün beşinci ildönümü ərəfəsində "Qarabağ Dirçəliş Fondunun Dostları" işgüzar platforması çərçivəsində təşkil olunan tədbirdə dövlət və hökumət rəsmiləri, QDF-nin donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

İlk olaraq Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev "Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu" mövzusunda təqdimatla çıxış edərək bildirib ki, Azərbaycan xalqı üçün yaddaş sadəcə tarixin bir "simvolu" deyil, milli kimliyimizin, dözümlüyümüzün və müstəqilliyimizin təməlidir. Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib. Sovet repressiyalarından Birinci Qarabağ müharibəsinə, oradan da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərə qədər yaddaşımız nəsilləri birləşdirib, kədəri həmrəyliyə, qurbanlarımızın fədakarlığını isə milli dirçəlişin təməl daşına çevirib.

"2020-ci ildə Vətən müharibəsi başa çatan kimi Prezident İlham Əliyev məhz Şəhidlər xiyabanından xalqa müraciət edərək Zəfəri bu xatirə məkanından xalqa çatdırdı. Sonrakı illərdə müharibədə həlak olanların ailələri üçün geniş sosial dəstək paketi təsdiq olundu və beləliklə fədakarlığın heç vaxt unudulmayacağını nümayiş etdirdi", - deyə o qeyd edib.

Tarixi abidələrin və tikililərin də yaddaşımızın bir hissəsi olduğunu deyən Rəhman Hacıyevin sözlərinə görə, bu gün Qarabağda inşa edilən memorial komplekslər, Şəhidlər xiyabanı, Xocalı soyqırımı abidəsi, Zəfər memorialı – bunların hamısı yalnız simvol deyil, həm də dirçəlişimizin, milli iradəmizin göstəricisidir.

"Yaddaşımız yalnız matəm və kədərli xatirələrlə məhdudlaşmır, kimliyimizi formalaşdırır, milli birliyimizi möhkəmləndirir və bizə azad olunmuş torpaqlarda yeni həyat qurmaq üçün ilham verir. Keçmişin dərsləri yaddaşımızda yaşadıqca, hər birimiz həm öz vəzifəmizi daha yaxşı dərk edir, həm də gələcək nəsillər üçün daha sabit, dayanıqlı bir mühit yaratmağa çalışırıq", - deyə R.Hacıyev vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bərpa-quruculuq işlərində milli həmrəyliyin rolu və digər məsələlərlə bağlı fikirlərini bölüşərək, cəmiyyətin hər bir üzvünün bu proseslərdə iştirakının vacibliyini vurğulayıblar.

Sonra tədbir panel müzakirələrlə davam edib.

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən panel müzakirələri zamanı iştirakçılar "Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu", "44 günlük Vətən müharibəsinin regional geosiyasətə təsiri", "Qarabağın azadlığı və dirçəlişində dövlət-cəmiyyət birliyinin rolu", "Azadlıq və dirçəliş prosesində milli həmrəylik və kollektiv məsuliyyət, "44 günlük Vətən müharibəsindən sonrakı dövrdə regional əməkdaşlıq və sülh quruculuğu" və digər mövzular ətrafında çıxış edərək geniş fikir mübadiləsi aparıblar.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşı olan şirkətlərin nümayəndələri də çıxış ediblər. "Huner Group" şirkətinin təsisçisi Ehtiram Quliyev, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorunun müşaviri İlqar Nuri çıxışları zamanı işğaldan azad edilmiş ərazilərin bərpasında yerli şirkətlərin yaxından iştirakının vacibliyindən danışmaqla yanaşı, QDF-lə əməkdaşlıq çərçivəsində bu istiqamətdə gördükləri işlər və həyata keçirdikləri layihələrlə bağlı geniş məlumat veriblər.

Qeyd olunub ki, Qarabağın bərpası təkcə dövlət qurumlarının deyil, həm də yerli özəl sektorun məsuliyyətidir. Bu gün azad edilmiş torpaqlarda infrastruktur, sosial və iqtisadi layihələrdə iştirak edən yerli şirkətlər həm sahibkarlıq potensialını gücləndirir, həm də regionun dayanıqlı inkişafına töhfə verir.

Çıxışlardan sonra sual-cavab sessiyası keçirilib, çıxışçılar tədbir iştirakçılarının onlara ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.

Tədbirin sonunda Fond tərəfindən məruzəçilərə kristal plaket, tədbirin hər bir iştirakçısına isə xatirə, dayanıqlılıq və inkişaf dəyərlərini təcəssüm etdirən ting təqdim olunub. Qeyd edilib ki, iştirakçılar onları əkib böyütməklə xatirənin, yenilənmənin və gələcəyi qoruyub-bəsləmək məsuliyyətinin canlı rəmzinə töhfə vermiş olacaqlar.

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR