26-09-2025, 13:48 207

Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirib

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası lizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olması ilə bağlı mübahisə üzrə mühüm qərar qəbul edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.

Bildirilib ki, lizinq predmetinin lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olduğu hallarda lizinq alan şəxs bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyini daşımır.

İşin hallarına görə, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, ASC ilə bağlanmış lizinq müqavilələri əsasında heyvandarlıq kompleksinə alınmış avadanlıqların İkinci Qarabağ müharibəsi zamanı atılmış mərmi nəticəsində tamamilə yararsız hala düşdüyünü bildirib və müharibənin başlandığı 27 sentyabr 2020-ci ildən sonra həmin əmlak üzrə hesablanmış lizinq ödənişlərinin ümumi öhdəliklərdən çıxılmasını tələb edib. İddiaçı lizinq predmetinin məhv olmasının cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş inventarizasiya aktı ilə də təsdiqləndiyini əsas gətirib.

Məhkəmə iddianı rədd edərək bildirib ki, müqavilədə və qanunvericilikdə lizinq əmlakının lizinq alanın təqsiri olmadan məhv olmasına görə lizinq verənin məsuliyyəti nəzərdə tutulmur. Bundan başqa, məhkəmə qeyd edib ki, lizinq alan əmlakı sığortalatmaq üçün vaxtında müraciət etməli idi və bunu etmədiyi üçün riskləri özü daşımalıdır.

Apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə razılaşmayaraq qərarı ləğv edib və iddianı təmin edib. Apellyasiya instansiyası qeyd edib ki, lizinq alanın müharibə şəraitində riskləri idarə etmək imkanının olmaması onun məsuliyyətini istisna edir.

Bundan sonra cavabdeh ASC Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.

Ali Məhkəmənin Kommersiya kollegiyası kassasiya şikayətinə baxaraq, apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlayıb.

Ali Məhkəmə Mülki Məcəllənin 448.1, 448.4 və 748.7.1-ci maddələrinin birgə təhlilinə əsasən qeyd edib ki, lizinq alan yalnız onun nəzarət və iradəsi daxilində olan risklərə görə məsuliyyət daşıyır. Riskin idarə edilməsi üçün real imkanın olmadığı hallarda məsuliyyətin birmənalı şəkildə lizinq alana yüklənməsi hüquqa və ədalət prinsiplərinə ziddir. Qorunma tədbirləri yalnız lizinq alanın real və hüquqi imkanları daxilində olduqda tələb edilə bilər. Müharibə zamanı düşmən mərmilərinin atılması şəraiti belə tədbirlərin həyata keçirilməsini faktiki olaraq mümkünsüz edib. Əgər lizinq alan lizinq predmetini mühafizə edə bilməyibsə və bu, onun nəzarətindən kənar səbəblərlə baş veribsə, o zaman bu şəxsin öhdəliyin pozulmasında təqsirli sayılması hüquqa ziddir.

Ali Məhkəmə qəbul etdiyi qərarda həmçinin göstərib ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən, əmlakın sığortalanmasını lizinq alanın müraciəti əsasında lizinq verənin özü həyata keçirilməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, əmlak üzərində lizinq verənin mülkiyyət hüququ saxlandığından, sığortalamanı lizinq alanın müraciəti ilə şərtləndirmək əmlakın mülkiyyətçisi kimi lizinq verənin iqtisadi maraqları ilə uzlaşmır. Belə ki, sığorta ödənişindən məhz mülkiyyətçi olaraq lizinq verən faydalanacaqdır. Ona görə də lizinq alanın əmlakı sığortalamaq üçün lizinq verənə müraciət etmədiyi əsas gətirilərək iddianın rədd olunması tamamilə əsassız və ədalətsiz olardı.

Ali Məhkəmə xüsusi olaraq vurğulayıb ki, məhv olmuş və ya sıradan çıxmış əmlak üçün lizinq ödənişi tələb etmək, Mülki Məcəllənin 748.10.1-ci maddəsinə də zidd olmaqla, lizinq hüquqi institutunun təbiəti ilə uzlaşmır.

Paylaş

Xəbər lenti

Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" Bu gün, 18:48 IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır Bu gün, 18:48 Suriyadan Azərbaycana gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edilib Bu gün, 18:48 PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub Bu gün, 18:48 Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir? Bu gün, 18:48 Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb Bu gün, 18:48 İki güləşçimiz yarımfinalda Bu gün, 17:48 Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib Bu gün, 17:48 Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb Bu gün, 17:48 MEDİA: Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır Bu gün, 17:48 Bağça müdiri olmaq istəyənlərin diqqətinə Bu gün, 17:48 Bakıda Atatürk və Antena parkları birləşdirilir - PARKİNQ LƏĞV OLUNUR Bu gün, 17:48 Vinisiusu təhqir edən futbolçuya CƏZA VERİLDİ Bu gün, 17:48 Ermənistan seçkiqabağı döyüş meydanına çevrilir? Bu gün, 17:48 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu Bu gün, 16:48 Kamran Əliyev İran səfiri ilə regional hadisələri və ikitərəfli əlaqələri müzakirə edib Bu gün, 16:48 Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib Bu gün, 16:48 Çoxmənzilli binalarda fərdi istilik sistemlərinə icazə halları müəyyənləşib Bu gün, 16:48 AFFA və WUF13 Əməliyyat Şirkəti "Futbolda davamlı idarəetmə" mövzusunda birgə seminar təşkil edib Bu gün, 16:48 Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib Bu gün, 16:48 Bolt-dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət Bu gün, 16:48 "Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR Bu gün, 16:48 Küləkli hava davam edir - FAKTİKİ HAVA Bu gün, 16:48 "Qarabağ"ın 9 oyunluq "Sabah" sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır Bu gün, 15:48 AZAL mayda Naxçıvana getmək istəyənlərə ÇAĞIRIŞ ETDİ Bu gün, 15:48 ADY: Yola kənar insan müdaxiləsinə görə 4 toqquşma hadisəsi baş verib Bu gün, 15:48 "Qobu Park" yaşayış kompleksində şərti yanğın təlimi keçirilib Bu gün, 15:48 Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb Bu gün, 15:48 Elvin Cəfərquliyevlə bağlı YENİ XƏBƏR - "Neftçi"yə gedir Bu gün, 15:48 "AzParking"in mülki geyimli əməkdaşları vətəndaşları cərimələyir? - Açıqlama Bu gün, 15:48 Çinli alimlər Ay nümunələrində iki yeni mineral aşkar ediblər Bu gün, 14:48 Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib Bu gün, 14:48 ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib Bu gün, 14:48 Vüsal Aslanov yeni rəis təyin etdi Bu gün, 14:48 Təmir işləri zamanı XƏTT ZƏDƏLƏNDİ - 11 min abonent qazsız qaldı Bu gün, 14:48 Əkiz bacı-qardaşdan imtahanda UĞURLU NƏTİCƏ Bu gün, 14:48 Yelo Bank Aİ-nin 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib Bu gün, 13:48 Füzulidəki bərpa işləri ilə bağlı təqdimat olub Bu gün, 13:48 İsrail Livanın cənubuna zərbələr endirib – "Hizbullah" hədəf alınıb Bu gün, 13:48 Maduro əməliyyatında iştirak edən və qumardan 409.000 dollar qazanan ABŞ əsgəri həbs edilib Bu gün, 13:48 Alimlər gənclərdə qəfil ölümün SƏBƏBİNİ müəyyən ediblər Bu gün, 13:48 Meta işçi sayısının 10 faizini ixtisar edir: təxminən 8 min nəfər işdən çıxarılacaq Bu gün, 13:48 Tramp: "Mənim çox vaxtım var, İranın isə yoxdur" Bu gün, 13:48 Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb Bu gün, 13:48 1127 abonentin qazı daxildən dayandırılıb Bu gün, 12:48 300 bal toplayan Emiliya: "Heç bir hazırlığa getməmişəm" Bu gün, 12:48 Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verilib - SƏRƏNCAM Bu gün, 12:48 Bu şəxslərə 2 750 manatlıq birdəfəlik pul veriləcək - SƏRƏNCAM Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR