
Sumqayıt şəhərində abad məhəllələrin yaradılması istiqamətində növbəti addım atılır.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyəti bu məqsədlə 1 milyon 166 min manat dəyərində satınalma müsabiqəsi elan edib.
Satınalma çərçivəsində Sumqayıt şəhərinin 40-cı məhəlləsində bir sıra işlərin görülməsi nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi ilə məhəllənin infrastrukturunun yenilənməsi, elektrik təchizatının yaxşılaşdırılması və əhalinin rahatlığı üçün zəruri abadlıq işlərinin görülməsi planlaşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.