
Dövlət Turizm Agentliyi Şəki şəhərində yerləşən "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti və yenidənqurma işləri aparmağa hazırlaşır.
BAKU.WS bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, qurum Qala divarları daxilində abadlıq işləri aparmaq üçün "İsmayıllı Tikinti-27" ASC ilə müqavilə bağlayıb.
Şirkət gördüyü işlərə görə 206 min manata yaxın haqq alacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.