
Qurumdan AVESTA.AZ-ə verilən məlumata görə, reklam yerlərinin icarə qiymətlərinin müəyyən olunması Agentliyin səlahiyyətlərinə daxil deyil. Agentliyin funksiyaları yalnız müvafiq sahədə qanunvericiliyə riayət olunmasına nəzarət, reklam daşıyıcılarının qanunvericiliyə uyğunluğunun yoxlanılması və icazə prosedurlarının icrası ilə məhdudlaşır.
Bildirilib ki, reklam yerlərinin icarəsi ilə bağlı qiymətlər və digər maliyyə məsələləri bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq reklam subyektləri – reklamvericilər və reklam yayıcıları tərəfindən tənzimlənir.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.