17-11-2022, 19:56 830

Ceyhun Bayramov Bolqarıstanın Azərbaycandakı səfiri ilə görüşüb

17 noyabr 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov səfirin iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Nazir iki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi sahədə də dinamik inkişaf ilə müşayiət olunduğunu bildirib.

Səfir Nikolay Yankov Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlıq münasibətlərinin dostluq və qarşılıqlı etimad şəraitində uğurla inkişaf etdiyini bildirib. Bu xüsusda, Azərbaycanla Bolqarıstan arasında son dövrlərdə artan təmasların, xüsusilə də cari ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiya şəhərinə səfərinin əhəmiyyəti diqqətə çatdırılıb. Səfir Nikolay Yankov Azərbaycanın Bolqarıstan üçün etibarlı tərəfdaş olduğunu qeyd edib.

Görüşdə, həmçinin ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, nəqliyyat-tranzit istiqamətlərində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Yüksək səviyyəli səfər mübadilələrinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.

Daha sonra nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb Bu gün, 11:48 BAKU TV RU-nun beş yaşı tamam olur Bu gün, 11:48 Bu şəxslərin maaşı artırıla bilər – Yeni hesablama qaydası Bu gün, 11:48 Putin və Si Cinpin görüşüb Bu gün, 11:48 Rumıniyada 5,3 maqnitudalı zəlzələ baş verib: İstanbulda da hiss olunub Bu gün, 11:48 Rəşid Mahmudov: "37 ildir çörək yemirəm" Bu gün, 11:48 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib Bu gün, 11:48 "İrşad"da yeni missiya başlayır: Yaşıl Cümə! Bu gün, 11:48 Ceyhun Bayramov: Azərbaycan Almaniya ilə birbaşa uçuşların sayının artırılmasında maraqlıdır Bu gün, 11:48 Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri ilə görüşüb Bu gün, 11:48 "Qara cümə" yaxınlaşır: "Mağaza qiyməti 200 manata qaldırır, sonra 50% endirim elan edir" Bu gün, 11:48 Ramin Məmmədov: Dünyada baş verən hadisələr Azərbaycanın doğru yolda olduğuna tam əminlik yaradır Bu gün, 11:48 Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub Bu gün, 11:48 Meyitxanada şok hadisə - Öldü bilinən kişi ayılıb siqaret istədi Bu gün, 11:48 Mərdəkanda yataqxanada yanğın olub Bu gün, 10:48 Bakıda ödənişli yollar olacaq? - London və Sinqapur modeli tətbiq edilə bilər Bu gün, 10:48 Ögey qardaşı tərəfindən öldürüldüyü iddia olunan Gülarənin qətli ilə bağlı yeni detallar Bu gün, 10:48 Bakının bu ərazisində hərəkət rahatlaşdı - Yeni işıqforlar quraşdırıldı Bu gün, 10:48 Ceyhun Bayramov ilə Yohan Vadeful arasında təkbətək görüş başlayıb Bu gün, 10:48 Nəvai həbsdən sonra qiymətini qaldırdı - Konserti 6 milyona, donuz ətinə görə cərimə isə 1 MİLYONA Bu gün, 10:48 22 illik həyat yoldaşından danışan müğənni: "Evlilik təklifi etmədi" Bu gün, 10:48 Qobustanda top mərmisi tapılıb Bu gün, 10:48 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi Bu gün, 09:48 Dünya bazarında neftin qiyməti ucuzlaşıb Bu gün, 09:48 Bəzi sürücülərə cərimələr yeni qayda ilə çatdırılacaq Bu gün, 09:48 Elçin Əmirbəyov Çində mühüm müzakirələr aparıb Bu gün, 09:48 "Nə? Harada? Nə zaman?"ın ulduzu Rövşən Əsgərovla bağlı cinayət işi Rusiya məhkəməsində araşdırılacaq Bu gün, 09:48 Yadplanetlilər həqiqətən Yerə gəlib? Bu gün, 09:48 Ramiz Mehdiyev hökmdən narazıdır - Daha yüngül cəza istəyir Bu gün, 09:48 Azərbaycanda bələdiyyə sədri qəfil VƏFAT ETDİ Bu gün, 08:48 Üç uşaq atası ilə birlikdə meyiti tapılan qadın kimdir? Bu gün, 08:48 Dünya bazarında qızıl ucuzlaşmaqda davam edir - Qiymət 3 800 dollara yaxınlaşıb Bu gün, 08:48 "Embawood"un anbarında ölüm hadisəsi olub Bu gün, 08:48 Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı Bu gün, 00:48 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Bu gün, 00:48 Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları Bu gün, 00:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı Bu gün, 00:48 İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb Dünən, 23:49 Müzəffər İsayev vəfat etdi Dünən, 23:49 ABŞ Keşm adasına raket zərbəsi endirdi Dünən, 23:49 Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu" Dünən, 23:48 Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu Dünən, 23:48 Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə Dünən, 23:48 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Dünən, 23:48 Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var Dünən, 22:48 Uşağa qulluğa görə müavinət bu şəxslərə verilməyə bilər - Yeni qayda Dünən, 22:48 "İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib? Dünən, 22:48 Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR