
Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.
Bu barədə AVESTA.AZ-in sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.
Qeyd olunub ki, sözügedən həşaratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
"Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri aparılır", - deyə qurumun məlumatında vurğulanıb.
***14:59
Paytaxtın 7‑ci mikrorayon, Fərman Məlikov 2A ünvanında yaşayan sakinlər narazıdırlar.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yaxın 1 həftədə ərazini tırtıllar basıb. Bağ-bağçanı basan həşəratlar artıq evlərə dolur. Uşaqların və ev heyvanlarının bu zərərvericilərlə ünsiyyəti riski artırır.
Sözügedən kadrları təqdim edirik:
Banu Hüseynli
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.