
İqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığına işgüzar səfəri zamanı bu ölkənin maliyyə naziri, Oman İnvestisiya Qurumunun sədri Sultan bin Salem Al Habsi və qurumun prezidenti Abdulsalam bin Məhəmməd Al Murşidi ilə görüşüb.
AVESTA.AZ xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib:
"Görüşdə biznes tərəfdaşlığının prioritetləri barədə müzakirələrimiz oldu. Azərbaycan və Oman arasında qarşılıqlı sərmayələrin təşviqi, həmçinin regional səviyyədə birgə investisiya fəaliyyətinin genişləndirilməsi, işgüzar əlaqələrin gücləndirilməsi üçün əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi imkanlarını dəyərləndirdik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.