
Əsir və itkin düşmüş, girov götürülmuş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, sənəddə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıq nəzərdə tutulub.
Qeyd olunub ki, memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı sənədin layihəsi müzakirə edilib və razılaşdırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.