Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri də xəstəxanada ölüb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, oktyabrın 13-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət alanlardan biri - 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov paytaxtda müalicə olunduğu müddətdə həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Xatırladaq ki, qəzada ağır xəsarət almış ANAMA əməkdaşı olan 29 yaşlı Elvin Həşimov həkimlərin göstərdikləri reanimasion tədbirlərə baxmayaraq, xəstəxanada vəfat etmişdi. Xəsarət alan digər 1 nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.