Bu gün, 11:48 36

Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub.

BAKU.WS xəbər verir ki, Argentinanın "Real Politik" xəbər agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşünə geniş yer ayırıb.

Məqalədə qeyd olunub ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü bildirib.

Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını qeyd edib. Mehriban Əliyeva deyib ki, Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Diqqətə çatdırılır ki, Roma Papası XIV Leo Vatikan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixini yüksək qiymətləndirib. Papa Leo Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslərə görə təşəkkürünü bildirib, onların əməkdaşlığının dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Pontifik ikinci Katolik Kilsəsinin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, Vatikanın bu birgə layihələrin davam etdirilməsində maraqlı olduğunu bildirib.

Bildirilir ki, Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərini Azərbaycana səfərə dəvət edib və bu jest Roma Papası tərəfindən məmnunluqla qarşılanıb.

Argentinanın "Radio María" xəbər və onlayn radio portalı da Mehriban Əliyeva Papa XIV Leonun görüşünü diqqətdə saxlayıb. Qeyd olunub ki, bu görüş Vatikan ilə Azərbaycan arasında yaxşı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolunda mühüm bir addımdır.

Yazıda Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşdüyü, tərəflərin qarşılıqlı maraq doğuran mövzuları müzakirə etdikləri bildirilib. Vatikanın Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanmasını yüksək qiymətləndirdiyi, regionda sülhün bərqərar olmasını birmənalı şəkildə dəstəklədiyi diqqətə çatdırılıb. Eyni zamanda, mədəni sahədə əməkdaşlıq və Katolik Kilsəsinin ölkədəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

İtaliyanın "Eurasiaticanews" portalının materialında isə Azərbaycanın Birinci vitse-prezidentinin oktyabrın 16-da Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak etdiyi və həyata keçirilmiş bərpa işləri ilə tanış olduğu bildirilib. Qeyd olunub ki, mərasimdə Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri də iştirak edib.

Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilənin 2021-ci il martın 4-də imzalandığı xatırladılıb. Bildirilib ki, konservasiya işləri Komodilla katakombalarını inkişaf etdirmək məqsədi daşıyıb. Buradakı bərpa işləri işçilərin sağlamlığı üçün "yaşıl məhsullar"ın istifadəsi, nanotexnologiya ilə hazırlanmış məhsulların konsolidasiya edilməsi və boyalı səthlərdə lazer texnologiyasının istifadəsi daxil olmaqla ən qabaqcıl üsullar və metodologiyalar əsasında yerinə yetirilib. İstifadə olunan bütün materiallar yeraltı mühitlə yüksək uyğunluğu üçün seçilib.

Vurğulanır ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.

Paylaş

Xəbər lenti

Almaniya səfirliyi: Müstəqilliyin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik Bu gün, 17:48 ANAMA sədrinə yeni I müavin təyin olunub Bu gün, 17:48 "TikTok"da canlı yayım açdı, söyüş söyən həmkəndlisini çayxanada döydü Bu gün, 16:48 Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib Bu gün, 16:48 Qızıl altı min dollara qədər bahalaşa bilər Bu gün, 16:48 Bakıda gənc iş adamı idman zalında qəfildən öldü Bu gün, 15:48 Cemal Hünal: "O aktyorla eyni filmə çəkilmərəm!" Bu gün, 15:48 Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi Bu gün, 15:48 Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb Bu gün, 15:48 Xalq artistinin oğlu: "Aygün xalanı anam qədər sevirəm" Bu gün, 14:48 20 qəpik üstündə bıçaqlanan məktəblinin nənəsi danışdı Bu gün, 14:48 Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR Bu gün, 14:48 Pərvin Abıyeva ad günündə mahnı oxudu, DJ-lik etdi Bu gün, 14:48 Şagirdlər yeməyi çöldə yerdə yeməyə məcbur oldular Bu gün, 14:48 Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək Bu gün, 13:48 Təyyarə qəzasında yaralanan Nurullah dayı vəfat etdi Bu gün, 13:48 Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib Bu gün, 13:48 Xaçmaz Rayon Polis Şöbəsinin təşəbbüsü ilə pedaqoji kollektivlə görüş keçirilib Bu gün, 13:48 "Neftçi" Abubakarı transfer etdi - RƏSMİ Bu gün, 13:48 Bakıda inşa olunan yeni yol belə olacaq Bu gün, 12:48 İlham Əliyev: "Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir" Bu gün, 12:48 Azərbaycanlı müğənninin oğlunun əsərləri "Luvr" muzeyində sərgiləndi Bu gün, 12:48 İran hərbi gəmiləri Bakı limanını tərk etdi Bu gün, 12:48 Milli komandamızın atleti Slovakiyada keçirilən Avropa çempionatında medallar qazanıb Bu gün, 12:48 Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar Bu gün, 12:48 Sabah 24 dərəcə isti olacaq - Proqnoz Bu gün, 12:48 Prezident: Azərbaycan və Qazaxıstan arasında sualtı kabelin tikintisi 2026-cı ilin sonunadək başa çatacaq Bu gün, 11:48 Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan və Qazaxıstan çoxşaxəli formatda səmərəli əməkdaşlıq edir Bu gün, 11:48 PSJ Lamine Yamal üçün futbol tarixinin ən böyük təklifini verməyə hazırlaşır Bu gün, 11:48 Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb Bu gün, 11:48 Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanın humanitar diplomatiyasının parlaq nümunəsidir Bu gün, 11:48 Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb Bu gün, 11:48 Mehriban Əliyevanın Vatikana səfəri dünya mediasının diqqət mərkəzində Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 1 dollara yaxın ucuzlaşıb Bu gün, 11:48 Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv olundu Bu gün, 11:48 Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib Bu gün, 11:48 Vatikan və İtaliya mətbuatı Mehriban Əliyevanın Roma Papası ilə görüşünü geniş işıqlandırıb Bu gün, 10:48 Bu rayonun bəzi ərazilərində qaz olmayacaq Bu gün, 10:48 Kainatın pis gözdən və şər qüvvələrdən qoruduğu yeganə BÜRC Bu gün, 10:48 Pensiya yaşı nə vaxt dəyişdiriləcək? Bu gün, 10:48 Bu gün səfərə çıxan sürücülərə VACİB XƏBƏR Bu gün, 10:48 Qanında narkotik maddə aşkarlanan Dilan Polat ağlayaraq etiraz etdi Bu gün, 10:48 Müdafiə Nazirliyi: Müstəqilliyimiz əbədi, dövlətimiz sarsılmazdır! Bu gün, 09:48 Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib Bu gün, 09:48 Mehriban Əliyeva Vatikanda Müqəddəs Pyotr Bazilikasında görülmüş bərpa işləri ilə tanış olub Bu gün, 09:48 Qərbi Azərbaycan Xronikası: "Kəndimiz Malatyadan gələn Yılanoğulları tayfasının adı ilə bağlıdır" Bu gün, 09:48 Mikayıl Cabbarov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR