Bu gün Slovakiyanın Samorin şəhərində natural bodibildinq və fitnes idman növü üzrə INBA/PNBA Avropa çempionatına start verilib.
BAKU.WS xəbər verir ki, bu barədə NBA Qlobal Azərbaycan birliyinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, çempionatın ilk günü milli komandamızın atleti Xudadar Həmidov "Mens Sport Model" kateqoriyada 1-ci yerə layiq görülüb.
Xudadar Həmidov, həmçinin "Mens Athletic Open" kateqoriyada bürünc medala və "Pro Card"a sahib olaraq peşəkar liqaya vəsiqə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.