
Azərbaycan Atıcılıq Federasiyasının (ASF) baş katibi Emin Cəfərov Avropa Atıcılıq Konfederasiyasının (ESC) rəyasət heyətinə üzv seçilib.
Bu barədə AVESTA.AZ-ə ASF-nin mətbuat xidmətindən bildirilib.
ESC-nin Baş Assambleyasında təşkilatın rəhbər orqanlarının yeni tərkibi formalaşdırılıb.
Assambleyada həmçinin Aleksandr Ratner növbəti müddət üçün ESC prezidenti vəzifəsinə yenidən seçilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.