27-10-2025, 16:48 308

Bakıda binanın qarajında insident:

Bakının Nəsimi rayonu ərazisində sürücülər arasında ciddi mübahisə baş verib.

AVESTA.AZ xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən H.Əsgərli bildirib ki, hadisə oktyabrın 9-da yaşadığı binanın qarajında qeydə alınıb.

Onun iddiasına görə, Dövlət Gömrük Komitəsinin polkovniki olan qonşusu Mirzə Sadıqov qardaşını döyüb, atasının isə ölümünə səbəb olub.

Qardaşı N.Əsgərlinin döyüldüyü hadisənin görüntülərini təqdim edən şikayətçi qeyd edib ki, mübahisə onlara məxsus avtomobilin M.Sadıqovun maşınının buferinə toxunaraq cüzi zərər vurmasına görə başlayıb:

"Həmin gün saat 22 radələrində yaşadığım Koveroçkin küçəsi, 58 nömrəli binanın qarajında avtomobillə qonşuluqda yaşayan Mirzə Sadıqova məxsus avtomobilə xırda toxunmaqla zərər vurmuşuq. Hadisədə arxa bufer kiçik ölçüdə əzilib. Dərhal mühafizəçiyə zəng edərək avtomobilin kimə məxsus olmasını soruşdum və Mirzə Sadıqovla əlaqə saxlayaraq avtomobilə xırda zərər dəyməsi ilə bağlı bildirdim və zərərin az olmasına görə ona 100 manat təklif etdim. Ona bildirdim ki, təklif etdiyim məbləğlə razı deyilsə, polis və sığorta çağıraq, bu məsələni qanunla həll edək. Lakin o, mənimlə kobud danışmağa başladı və ziyanı artıqlaması ilə ödətdirəcəyini dedi".

Bundan sonra tərəflər görüşüb məsələni yerində aydınlaşdırmaq və maşına baxış keçirmək qərarına gəliblər. Dava-dalaş da həmin vaxt baş verib:

"Mirzə məsələni qanundankənar formada həll edəcəyini bildirərək ora bir neçə nəfər kənar adamı çağırıb. Mən də binanın həyətinə düşdüm, atam başqa adamların da məhəlləyə toplaşdığını görərək məsələnin sakitcə həll olunması üçün bizdən xəbərsiz qardaşımın ardınca qaraja enib. Orada atam Mirzəgilin idmançı görkəmli şəxslərlə gəldiyini görərək onların dava axtardığını başa düşüb və DİN-in "102" xidmətinə məlumat verib. Elə həmin vaxt mən həyətdə olarkən qardaşım qarajda Mirzəgillə rastlaşıb və söhbət etməyə çalışıb. Bu zaman yüksək səslə söyüşlər söyən, ünvanımıza təhqirlər səsləndirən Mirzə Sadıqov qardaşıma hücum edərək onun baş nahiyəsinə yumruqla zərbə endirib, sonra təpikləməyə başlayıb və əməllərinə davam edib".

H.Əsgərli əlavə edib ki, atası ilə qaraja daxil olanda dava davam edirmiş:

"Həmin şəxs söyüş və təhqirlərinə davam edirdi. Atam ona bildirdi ki, əgər məsələni bu yolla həll edirsə, biz də polis çağırırıq, dəymiş zərəri də sığortadan alarsınız. Bundan sonra Mirzə atama hücum edərək sinəsindən vurub itələdi, buferdəki əziyə görə 400 manat ödəməli olduğumuzu kobud şəkildə bildirdi. Atam söz-söhbətin daha da böyüyəcəyindən ehtiyat edərək bizi binanın liftinə salıb uzaqlaşdırmaq istədi. Buna baxmayaraq, Mirzə liftin qarşısını kəsərək hərəkətlərinə davam edirdi. Binanın komendantı və digər şəxslərin köməkliyi ilə liftə daxil olub evə qalxdıq".

Şikayətçi bildirib ki, hadisədən bir neçə dəqiqə sonra atasının halı pisləşib:

"Atam N.Əsgərov evə qalxandan sonra özünü pis hiss etməyə başladı, onu tər basmışdı. Soruşdum ki, halın niyə dəyişdi? Cavab verdi ki, qarajda Mirzə mənim sinəmdən vurdu. Həmin vaxt başa düşdük ki, atam hadisənin ağır stresi, ailəmizin təhqir olunması səbəbindən infarkt keçirir və təcili tibbi yardım çağırdıq. Amma həkimlər gələnə kimi atam dünyasını dəyişdi".

H.Əsgərlinin sözlərinə görə, baş vermiş dava-dalaş və atasının ölümü ilə bağlı prokurorluq tərəfindən araşdırma aparılır:

"Hadisəni törədən şəxs rütbəli olduğu və vəzifə daşıdığı üçün işə prokurorluq baxır. Biz bu məsələ ilə bağlı rəsmi qurumlara müraciətlər ünvanlamışıq və xahiş edirik ki, Mirzə Sadıqov cinayət məsuliyyətinə cəlb edilərək barəsində hüquqi tədbirlər görülsün".

Məlumata görə, məsələ ilə bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır, zəruri ekspertizalar təyin edilib.

Bakıda binanın qarajında insident:

Paylaş

Xəbər lenti

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48 Teymur Musayev Ağdam və Göygöldə minatəmizləmə fəaliyyəti ilə tanış olub Dünən, 19:48 Ceyhun Bayramov qətərli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 19:48 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı Dünən, 18:48 Balakənin sabiq icra başçısı və müavininin məhkəməsi başlayıb Dünən, 18:48 Bakı-Sumqayıt yolu üçün yeni plan Dünən, 18:48 Nərgizi öldürəndən sonra balta ilə doğrayıblar - Ata və ananın qorxunc cinayəti Dünən, 18:48 Xəzərin suyunun azalmasının arxasında nə dayanır? - RƏSMİ AÇIQLAMA Dünən, 18:48 Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb Dünən, 18:48 Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib Dünən, 18:48 Sabah bu ərazidə işıq kəsiləcək Dünən, 17:48 "Real Madrid" Brahim Diasla müqavilənin müddətini uzatdı Dünən, 17:48 Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində görüş keçirilib Dünən, 17:48 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı Dünən, 17:48 Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilənlərin məhkəməsi başlayıb Dünən, 16:48 Ailələrin əmlakı və təsərrüfatı niyə qeydə alınacaq? - Komitə sədri cavab verdi Dünən, 16:48 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi Dünən, 16:48 Sumqayıt Sənaye Parkında çox qatlı klapanlı kraft-kağız kisə istehsal olunacaq Dünən, 16:48 Azərbaycan və Estoniya XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər Dünən, 16:48 "ARB 24"ün 8 yaşı tamam olur Dünən, 16:48 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiq edib Dünən, 16:48 Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb Dünən, 16:48 Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Dünən, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Dünən, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Dünən, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Dünən, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR