
Nəzarət tədbirləri çərçivəsində "Fueqo" MMC-yə və fiziki şəxs İlkin Cahan oğlu Həsənova məxsus Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163.4 ton alma məhsulu partiyalarından nümunələr götürülərək müayinələrə cəlb olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.
Məhsul partiyaları Türkiyə Respublikasının idxal tələblərinə, o cümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.